16.05.2017 [12:33] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev
Partiyanın Qurucu Lideri Fərəc Quliyev yenidən MDHP-nin sədri seçildi
14 may 2017-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının İkinci Qurultayı keçirilib.
Qurultayın Təşkilat Komitəsinin üzvü, partiyanın Qarabağ Departamentinin sədri, Qarabağ döyüşçüsü, tanınmış ictimai-siyasi xadim Şakir Ağayev Qurultayı açıq elan etdikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Əbülfəz Elçibəyin və Şəhidlərimizin ruhuna bir dəqiqəlik sayqı duruşu elan edildi.
Ardınca, Qurultayın Say Komissiyasına, Mandat Komissiyasına, Qurultaya sədarətin və katibliyin şeçilməsi üçün namizədlər verildi və tərkibləri müəyyən edildi.
Millət vəkili Fərəc Quliyevin, Şakir Ağayevin və tanınmış politoloq Elşən Manafovun sədarətliyi ilə keçirilən Qurultayın gündəliyi təklif edilən əlavə və dəyişikliklərdən sonra təsdiqləndi.
Qəbul edilmiş gündəliyə uyğun olaraq, Qurultaylararası dövrlə bağlı MDHP sədrinin fəaliyyət hesabatı dinlənildi. Hesabatında geniş məruzə ilə çıxış edən Fərəc Quliyev partiyanın Sağ –mərkəzçi strategiya müəyyən etdiyini və əsas fəaliyyət prioritetlərini qurultay iştirakçılarının nəzərinə çatdırdı : “Bloklarda təəhəddüd götürərək, bu öhdəliklərin girovuna çevrilmək siyasətini məqbul saymadıq. Bloklarla və təşkilatlarla İkitərəfli əməkdaşlıq sazişləri bağladıq. Kimliyindən asılı olmayaraq, ana prinsipimiz olaraq Dövlət Milliyyətçiliyi, vətənçilik kimi sadə davranış çərcivəsində, Dövlət və Millətimin maraqlarına xidmət edən prinsip, fəaliyyət, fərd və qurumları qarşılıq gözləmədən müdafiə etdik, dövlət və Millətimin maraqlarına qarşı olanların qarşısında olduq.”
MDHP sədri partiyada fərqli struktur formalaşdırdıqlarını və bunun gətirdiyi uğurları qeyd etdi: “Partiyanın formalaşmasında Azərbaycandakı başqa partiyalardan fərqli olaraq struktur və müvafiq olaraq fəaliyyət fərqliliyin təmin etdik. Partiyada rayon şöbələri ilə yanaşı, departamentlik institutun- departementlik idareetmə sistemini tətbiq etdik. Bu gün partiyamızın Qarabağ, Güney Azərbaycan, Qərbi Azərbaycan,Türk dünyası, Dərbənd, Borçalı departamentləri fəaliyyət göstərir.Bu Milli problemlərə adekvat davranış və sistemdir”
79 rayon şöbəsində 10 minlərlə partiya üzvləri və təəssübkeşlərin olan MDHP-nin əsas ideoloji hədəflərini Fərəc Quliyev belə ümumiləşdirdi :
“Biz Fiziki olaraq hakimiyyətdə olmaqdan daha üstün hesab etdiyimiz, düşüncəmizin- Məhvərində Türklük olan Bütöv Azərbaycan mərkəzli düşüncə sisteminin- hakim olmasında maraqlıyıq. Fəxrlə deyə bilərik ki, artıq bu düşüncə sistemi cəmiyyətdə legitimlik qazanaraq alternativsizdir. Bu nailiyyətdə Partiyamızın 12 illik fəaliyyəti xüsusi yer tutur.”
Partiyanın media sahəsindəki fəaliyyəti, milli–mənəvi dəyərlərin təbliği məqsədiylə nəşr edlimiş çoxsaylı kitablar, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verdi .
Ölkədə keçirilən seçkilərdəki partiyanın aktiv fəaliyyətindən danışan Fərəc Quliyev bildirdi ki, MDHP sonuncu Bələdiyyə seçkilərində 65 dairə üzrə 230 namizəd irəli sürülmüşdür, Milli Məclisə 01 noyabr 2015- ci il tarixində keçirilən seçkilərə 63 namizəd irəli sürülmüş onlardan 17-si qeydə alınmış, 1 namizəd qalib olmuşdur, Dairə Seçki Komissiyaları üzrə isə verilən 32 namizəddən isə 26-sı təsdiqlənmişdir.
Daha sonra partiya sədri və partiyanın Milli Məclisdə nümayəndəsi kimi göstərdiyi ictimai siyasi fəaliyyət barədə danışan Fərəc Quliyev bildirdi ki, təkcə 2013-2017-ci illər ərzində 7726 elektron və çaplı KİV-də, 137 dəfə isə televiziya və radio kanallarında çıxış etmiş, ölkəmizdə və dünyada baş verən proseslərə partiya mövqeyini ortaya qoymuş və təkliflər irəli sürmüşdür. Millət vəkili kimi, dördüncü çağırış Milli Məclisin 5 illik fəaliyyətində keçirilən 102 iclasda 115 çıxış etmiş, təxminən eyni sayda təkliflər verdiyini bildirən Fərəc Quliyev, beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə ətraflı məlumat verdi.
Partiya sədrinin dolğun məruzəsini Qurultay iştirakçıları məmnunluqla qarşıladılar. Sədrin hesabatı ilə bağlı çıxış edənlər fəaliyyətin olduqca faydalı və qənaətbəxş olduğunu bildirdilər.
Ardınca partiyanın maliyyə və Nizamnamə Komissiyasının hesabatları dinlənildi. Hesabatlarla bağlı verilən suallar cavablandırıldı.
Qurultayda partiyanın Nizamnaməsinə də dəyişikliklər edildi. Partiyanın aktiv fəaliyyəti, seçkilərdə və siyasi proseslərdə yaxından iştirakını nəzərə alaraq, partiyanın Qurultayının 2 ildən bir deyil, 5 ildən bir keçirilməsi ilə bağlı verilmiş təklif qəbul edildi.
Sonra MDHP sədrinin seçilməsi üçün seçki keçirildi və açıq səsvermə ilə, Fərəc Quliyev yenidən partiya sədri seçildi. Fərəc Quliyev Qurultay iştirakçılarının sürəkli alqışları ilə yenidən tribunuya qalxdı, göstərilən etimada görə öz təşəkkürünü bildirərək, növbəti dönəm üçün nəzərdə tutulan fəaliyyəti barədə məlumatlar verdi.
Ardınca partiya Ali Məclisinin və Nizamnamə Komissiyasının tərkibləri müəyyənləşərək təsdiqləndi.
İkinci Qurultayın Təşkilat Komitəsi və partiyanın departamentləri tərəfindən hazırlanmış qətnamələr və bəyanatlar dinlənildi. Verilmiş təkliflər nəzərə alınmaqla Qurultay tərəfindən qəbul edildi.
Rəsmi hissənin yekunu olaraq, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və iclas bağlı elan edildi.
Qurultayla bağlı xatirə şəkilləri çəkdirildikdən sonra, süfrə ətrafında tədbirin bədii hissəsi başladı. Bədii hissədən sonra isə, partiya sədrinin qəbulu keçirildi.
MDHP sədri, millət vəkili Fərəc Quliyevin partiyanın İkinci Qurultayındakı hesabat məruzəsinin tam mətnini və videosunu təqdim edirik:
VİDEO AÇILMAZSA BURAYA TIKLAYIN
“MDHP sədri Fərəc Quliyevin partiyanın 2-ci qurultayında hesabat çıxışı
Təsis qurultayından sonra Sağ –mərkəzçi Partiya kimi aydın strategiyamızı müəyyən etdik. Bloklara qoşulmadıq. Bloklarda təəhəddüd götürərək ,bu öhdəliklərin girovuna çevrilmək siyasətini məqbul saymadıq. Bloklarla və təşkilatlarla İkitərəfli əməkdaşlıq sazişləri bağladıq.Kimliyindən asılı olmayaraq,ana prinsipimiz olaraq Dövlət Milliyyətçiliyi ,vətənçilik kimi sadə davranış çərcivəsində ,Dövlət və Millətimin maraqlarına xidmət edən prinsip,fəaliyyət ,fərd və qurumları qarşılıq gözləmədən müdafiə etdik, dövlət və Millətimin maraqlarına qarşı olanların qarşısında olduq.
- Bütün dövlətlər və Beynəlxalq qurumlara münasibətimiz də belə oldu-dövlətimizin maraqları çərçivəsi.
-Partiyanın formalaşmasında Azərbaycandakı başqa partiyalardan fərqli olaraq struktur və müvafiq olaraq fəaliyyət fərqliliyin təmin etdik.Partiyada rayon şöbələri ilə yanaşı, departamentlik institutun- departamentlik idareetmə sistemini tətbiq etdik.Bu gün partiyamızın Qarabağ, Güney Azərbaycan, Qərbi Azərbaycan,Türk dünyası, Dərbənd, Borçalı departamentləri fəaliyyət göstərir. Bu Milli problemlərə adekvat davranış və sistemdir.
- 79 rayon şöbəmizdə 10 minlərlə partiyadaşımız və təəssübkeşimiz düşüncəmizin hakim olması üçün fəaliyyət göstərir.Biz Fiziki olaraq hakimiyyətdə olmaqdan daha üstün hesab etdiyimiz düşüncəmizin- Məhvərində Türklük olan Bütöv Azərbaycan mərkəzli düşüncə sisteminin- hakim olmasında maraqlıyıq.Fəxrlə deyə bilərik ki,artıq bu düşüncə sistemi cəmiyyətdə legitimlik qazanaraq alternativsizdir.Bu nailiyyətdə Partiyamızın 12 illik fəaliyyəti xüsusi yer tutur.
-Departamentlərin fəaliyyəti xüsusi qeyd olunmalıdır ;
-Qarabağ departamentinin toplantı və məclislərindəki qaldırdığı məsələlər artıq Dövlət səviyyəsində Düşmən dövlət qarşısında rəsmən qoyulur.
-Güney Azərbaycan departamentimizin və davam.az saytında Güney bölümünün fəaliyyəti hər gün –fasiləsiz olaraq Güney Azərbaycandakı əsarətdəki soydaşlarımızın müdafiəsini həyata keçirir;
- Qərbi Azərbaycan, Türk dünyası, Dərbənd, Borçalı departamentləri də eyni fədakarlıqla fəaliyyət göstərir.
-- Çox ciddi maliyyə çətinliklərinə baxmayaraq təsis qurultayından dərhal sonra Partiyamız özünün qəzet və jurnallarını buraxdı,elektron KİV –lərini yaratdı;
-Yeni Dirçəliş qəzeti;
-Təbriz qəzeti(icazə verilmədiyindən qəzet içində qəzeti;
-Davam qazeti;
-Yeni Dünya Düzəni jurnalı;
-Davam.az saytı,
-MDHP veb saytı və s.
Partiyadaşlarımız sosial medianın da gücündən istifadə etmək üçün xeyli səhifələr yaradaraq virtual məkanda düşüncələrimizi yaydılar.
-- Müxtəlif müsabiqələr keçirdik;
- Partiyamız Elçibəy adına keçirilən turnirin qalibi oldu;
- Partiyamız Rusiyada keçirilən yarışmada Diasporada olan yığma komandamıza verdiyi dəstəyə görə xüsusi mükafata və medala layiq görüldü;
- Türk Dünyasında birliyə xidmət edən ən yaxşı yazı müsabiqəsi keçirdik,ilk 4 yeri pul mükafatları ilə təltif edən bu müsabiqəyə Türkiyədən də xeyli tələbə qatıldı və elə 2-ci yeri də Muğla doğumlu,İstanbulda təhsil alan Türkiyəli tələbə tutdu ;
- Müsabiqənin ən yaxşı yazıları kitabça halında çap edildi.
- -Elçibəyə aid ən yaxşı yazı müsabiqəsi keçirdik.İlk 4 ən yaxşı yazı partiya tərəfindən mükafatlandırıldı.
-
--İtmiş tariximizi üzə çıxarmaq üçün dəstəyimizlə alimlər səfərbər oldu və Fransa arxivlərindən indiyə qədər heç kimə məlum olmayan Azərbaycana aid sənədlər aşkarlandı və kitab halında çap edildi;
-Azərbaycanda ilk dəfə olaraq Partiyamızın ideyası və maddi dəstəyi ilə Güney və Quzey Azərbaycan təqvim tarixi çap olundu;
-Partiyamızın maddi və mənəvi dəstəyi ilə bir qrup alim indiyə qədər məlum olmayan və Rusiya,Fransa arxivlərində saxlanan 1918-20-ci illərə aid sənədləri aşkara çıxararaq Rus dlində Moskvada çap etdirdi.
Kitablar:
-Güney və Quzey Azərbaycan(başlıca tarixi olaylar,siyasi və ədəbi şəxsiyyətlər) ensiklopedik təqvim;
-Bütöv Azərbaycan eposu;
-A.M.Topçubaşi i M.E.Rasulzade-perepiska 1923-1926;
-İz istorii Azerbaydjanskoy emiqraçii;
--Partiyamızın ideya müəllifliyi ilə Türkiyədə çap edilmiş əsərlər Davam nəşriyyat evində Azərbaycan türkcəsinə çevrilərək çap edildi.Beləliklə Partiya olaraq Türk dünyasının mənəvi bütövlüyü yolunda növbəti addım atdıq-
2015-2017-ci illər ərzində tərcümə və çap olunan 10 əsər:
1. İskəndər Öksüz: Millət və Milliyyətçilik
2. Mustafa Özçəlik: Bizim Yunuz
3. Yusuf Dursun: Fatehin Qanadları
4. Dr. Yaşar KALAFAT: AZƏRBAYCAN-İRAN-ANADOLU-İRAQ XALQ İNANCLARI XƏTTİ
5. Dr. Yaşar KALAFAT: İRAQ XALQ İNANCLARINDAN MİFALOGİYAYA -1
6. Prof. Dr. Məhməd BAYRAQDAR: İSLAMDA ELM VƏ TEXNOLOGİYA TARİXİ
7. Əminə İşınsu: Cümhuriyyət Nəğməsi
8. Əminə İşınsu: Çiçəklər Böyüəry
9. Mustafa Özçəlik: Battal Qazi
10. Fazil Özdamar: Təbriz Aşıqlıq Ənənəsi və Təbrizli Aşıq Əli (Əli Feyzullahi Va¬hid )
-- Partiyamızda gənc nəsili Milli vətənpərvərlik ruhunda yetişdirmək üçün ;
-azyaşlılar üçün həftədə bir dəfə seminar keçirən “Savalan”məktəbi;
-yuxarı sinif şagirdləri və univerisitet tələbələri üçün nəzərdə tutulan “Elçibəy məktəbi” təsis etdik.Burada ən görkəmli Alimlərimiz məruzəçi oldu.
-“Azərbaycan Strateji Düşüncə mərkəzi “adlı həftəlik disbut mərkəzimiz illərlə strateji təhlil və müzakirə ocağı kimi çıxış etdi.
--Partiyamızın dəstəyi ilə uzun müddət gənc yazar və şairlərin həftəlik şer dinləmələri;
-Sədrin Müşaviri Niftalı Göyçəlinin rəhbərliyi ilə gənc aşıqların dinləmə,müsabiqə və hazırlanmaları aparıldı.
Bir dövrün qısa fəaliyyəti rəngarəngliyi göstərdi
-MDHP Qərbi Azərbaycan Departamenti departasiyanın ildönümünü qeyd etdi
-“Qədim Turan Eposu” kitabının təqdimatı oldu -
-.Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim kitabının təqdimatı keçirildi
-“OZAN VƏ RƏSSAM” müsabiqəsinin 1-ci turu və 2-ci turu keçirildi
-MDHP Almaniyada yaşayan dünya şöhrətli əməkdar rəssam Əşrəf Heybətin doğum gününü qeyd etdi
-MDHP Uluxanlı məktəbinin 130 illik yubiley tədbirini keçirdi
-MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi ,Novxanıda mitinq keçirildi
-Dəfələrlə 31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər-
-MDHP sədri və MDHP rəhbərləri
Xaçmaz, Gəncə ,Balakən,Beylaqan və s rayonlarda səfərlərdə oldu.
-MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
-MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi
-MDHP Qərbi Azərbaycan Departamenti “İrəvanın işğalının 185-ci ili”ni qeyd etdi.
-MDHP-nin 10 illiyi və MDHP lideri,Millət Vəkili Fərəc Quliyevin 50 illik yubileyi keçirildi
-MDHP, Güney Azərbaycanda Milli Hökümətin 67-ci ildönümü və Beynəlxalq İnsan Haqları günü münasibətilə dəyirmi masa keçirdi
-“Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri” mövzusunda mətbuat konfransı keçirilib.
-Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin təqdimatını keçirdi
-MDHP Gənclər Təşkilatı “Ruhum Qarabağlıdır” filminin təqdimatını keçirib.
-Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçirildi
Fəaliyyətimizin kiçik dir dövrünün ümumiləşməsini diqqətinizə çatdırmaq istəyirəm:
1.Milli Dirçəliş Hərəkatı Partiyası 2011-2016-cı illər ərzində ümumilikdə 92 tədbir keçirmiş, milli əhəmiyyət kəsb edən hadisələrlə bağlı 17 bəyanat, açıqlama, müraciət yaymış, 4 müsabiqə təşkil etmişdir.
2. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin 2013-2017-ci illər ərzində 7726 elektron və çaplı KİV-də müsahibə və çıxışları dərc olunmuş, 137 dəfə isə televiziya və radio kanallarında çıxış etmişdir.
3. Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 23 dekabr 2014-cü ildə keçirilən Bələdiyyə seçkiləri üzrə 230 namizəd irəli sürülmüşdür (Dairə sayı-65, Bələdiyyə sayı-125)
Qeydə alınmışdır-63 nəfər (Dairə sayı-31, Bələdiyyə sayı-38)
4. Dairə Seçki Komissiyaları üzrə 32 namizəd təqdim olunmuş, 26 namizəd keçmişdir.
5. Beşinci Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 01 noyabr 2015- ci il tarixində keçirilən seçkiyə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 63 namizəd irəli sürülmüş , 17 namizəd qeydə alınmış, 1 namizəd qalib olmuşdur.
- Parlamentdə MDHP-dən tək deputat olmağıma baxmayaraq tərəfimdən:
-5 ildə 102 iclasda 115 çıxış etmiş,təxminən eyni sayda təkliflər verilib;
-Avropa İttifaqı üzvü olan dövlətlərin Avropa Parlament Assambleyasında təmsil olunan parlamentarilərinə 169 müraciət göndərilib;
- 2011-ci ildə Dağlıq Qarabağ məsələsinin həll edilməsində səylərin artırılması ilə bağlı 16 ölkə nümayəndəsinin öz dillərində məktublar göndərildi;
- Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona bölgədə sabitliyin bərpası üçün Cənubi Qafqazda süni münaqişələrin aradan qaldırılması –bunun üçün Dağlıq Qarabağ məsələsinin həll edilməsinin vacibliyi ilə bağlı məktub göndərilib;
- 2012-ci ildə Azərbaycan işğal olunmuş ərazilərində faktlaşdırıcı missiyanın hazırlayacağı hesabat və ərazilərimizdə yerləşdirilən gəlmələrlə bağlı müraciət;
- Avropa İttifaqında 9 komitə sədrinə, komitə iclaslarında Ermənistanın təcavüzkar siyasətinə görə bu qurumdan uzaqlaşdırılmasının zəruriliyini göstərən faktlarla bağlı müraciət;
- 2012- ci ildə Azərbaycana qarşı seleksiya (ögey münasibət) siyasətinə etiraz olaraq Avropa Şurasında 10 xüsusi statusu parlamentariyə müraciət;
- 2013-cü ildə 18 Avropa İttifaqı Parlament Assambleyasında təmsil olunan dövlət üzv dövlətlərin parlamentarilərinə Dağlıq Qarabağ probleminin həlli üçün “Yol xəritəsi” təklifi ilə bağlı müraciət;
- 2013-cü ildə 52 Avropa parlament üzvünə Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında başqa ölkələrdən gətirilənlərin yerləşdirilməsi, sərhəd bölgələrində dinc əhaliyə qarşı (oyuncaq şəkilli bombalarla uşaqlara qarşı törətdiyi cinayət və s) Vəhşilikləri ilə bağlı məktub;
- Avropa İttifaqı rəhbəri Buzekə Ermənistanın işğalçı ölkə kimi Avropa qurumlarında müvafiq sanksiyaların tətbiqi ilə bağlı müraciət;
-Avropa parlamentindən ayrılmış 4 məruzəçiyə Azərbaycanın ədalətli mövqeyinin izahı ilə bağlı məktublar göndərmişəm.
-Bir neçə Avropa ölkəsinin Parlamentində Qarabağ dinləmələri ilə bağlı geniş çıxışlar etmişəm.
-Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi mənə 5 illik parlament fəaliyyəti dövründə seçicilər tərəfindən 1383 müraciət olunub.
Hörmətli xanımlar və bəylər!
Təbii ki ,bu hesabat məruzəsində Partiyamızın bütün fəaliyyətini nəzərinizə çatdırmaq mümkün deyil. Amma hesab edirəm ki, keçən dövr ərzində arzuladığımız fəaliyyəti göstərə bilməsək də, Milli hədəflərə çatmaq üçün birlikdə ,çiyin-çiyinə fədakarlıqla bacardığımız fəaliyyəti göstərdik. Buna görə Sizlərə və Sizin təmsilçiləri olduğunuz bütün əqidədaşlarımıza, təəsübkeşlərimizə dərin təşəkkürlərimi bildirirəm. Partiyamızın bundan sonrakı fəaliyyəti də Millətimiz ,Dövlətimiz üçün xeyirli,uğurlu olsun !
QURULTAYIN FOTOŞƏKİLLƏRİ:

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 2600 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |