17.05.2017 [10:20] - Mədəniyyət
Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtondakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrsi Mərkəzində (Navy Memorial and Navy Heritage Center) "Əli və Nino" filminin premyerası keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən filmin təqdimata ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər və yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimləri olmaqla 300 nəfərə yaxış şəxs qatılıb.
Tədbirdə ziyafət verilib, səfirlər Elin Süleymanov və David Bakradze giriş nitqi deyiblər.
Gürcüstan səfiri Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqillik və suverenliyinə davamlı dəstəyinin vacibliyinə toxunub.
Azərbaycan səfiri nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E. Süleymanov əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə təşəkkürünü bildirib və bu xüsusda icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini qeyd edib.
Sonra filmin premyerası keçirilib.

Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |