Şrift:
Suriya hakimiyyəti kimyəvi silahdan istifadə edir
30.04.2012 [17:08] - Gündəm
Suriya lideri Bəşər Əsədin silahlı qüvvələrinin müxalifət nümayəndələri və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi ortaya çıxıb.

Yaralı müxalifətçiləri müalicə edən suriyalı həkimlər bəzi yaralılarda görünən yanıq, saç tökülməsi, sümük ağrıları və yaddaş itirilmələrinin rejim qüvvələrinin kimyəvi silahdan istifadə etməsinin nəticəsi olduğunu söyləyiblər.

Həkim Məhəmməd Məhəmməd Humusun Baba Amr bölgəsində fevral ayından marta qədər davam edən mühasirə zamanı yaralanan bəzi müxalifətçilərin kimyəvi silahlar səbəbindən öldüyünü bildirib.

4 gün ərzində bu cür yaralılarla qarşılaşdıqlarını, 12 yaralıdan 2-nin öldüyünü deyən Məhəmməd beynəlxalq qurumlardan bu cür yaralıların müalicəsi üçün yardım istəyib.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed