18.05.2017 [15:45] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına edəcəyi səfər çərçivəsində “İslam NATO-su”nun yaradılacağının elan edilməsi gözlənilir. Belə bir informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” informasiya portalı verib. Ər-Riyadda həmin vaxt həmçinin Azərbaycan və Türkiyənin də iştirakı ilə 18 ölkədən ibarət Ərəb-İslam sammiti keçiriləcək.
Görəsən, “İslam NATO-su”nun yaradılması ideyası nə dərəcədə realdır?
Milli Məclisin deputatı Asim Mollazadə Yeniçağ.az-a açıqlamasında “İslam NATO-su”nun yaradılması məsələsinin gündəmdə olmadığını bildirdi:
“Burada söhbət İslam dünyasının terrorla mücadiləsindən gedir. ABŞ, onun NATO üzrə müttəfiqi Türkiyə, antiterror koalisiyasının fəal üzvü olan Azərbaycanın da bu prosesdə iştirakı zəruridir. Söhbət insanlığa qarşı olan cinayətlə, terrorla mübarizədən gedir. Azərbaycanın da orada iştirakı məhz bununla bağlıdır. Çünki ölkəmiz terrordan çox ziyan çəkib. Azərbaycan hər zaman terrora qarşı mübarizədə ön sıralarda olub. “İslam NATO-su” nun yaradılması məsələsi isə gündəmdə yoxdur. Söhbət “İslam NATO-su”nun yaradılmasından deyil, terrorla mücadilədən gedir”.
Milli Məclisin deputatı Fərəc Quliyev də qeyd etdi ki, “İslam NATO-su”nun yaradılacağına inanmır:
“Hazırda ərəb dünyası savaş içindədir. Vəziyyət o həddə çatıb ki, Suriyada savaşın içərisinə hətta kəskin şəkildə məzhəb davası da gətirilib. Yəni bölgədə vəziyyət olduqca mürəkkəbdir. Ona görə də NATO-ya oxşar bir formada İslam dövlətlərinin də adekvat qurumunun yaradılacağına inanmıram. Amma bəzilərinin bir yerdə sözügedən istiqamətdə çalışmaları üçün imkanlar yarana bilər. Daha çox türk cümhuriyyətlərinin başladıqları işi sona çatdırmalarını arzulardım. Türk cümhuriyyətləri bu istiqamətdə çalışsalar daha yaxşı olar. Hər halda gözləyək, görək nə olur. Amma “İslam NATO-su”nun yaradıla biləcəyi məsələsinə pessimist baxıram. İnanmıram ki, “İslam NATO-su”nun yaranması baş tutsun”.

ELÇİN/Yeniçağ.az
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |