Şrift:
"Google Maps" Bakını da erməniləşdirdi
30.04.2012 [18:49] - Hadisə
Şirkət paytaxtın Neftçilər prospekti erməni dilində göstərilib

"Google Maps"da Bakının Neftçilər prospekti erməni dilində göstərilib. Davam.az-in İKT İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyd edilən faktı Ermənistanın təcavüzü nəticəsində müharibə şəraitində yaşayan Azərbaycana qarşı informasiya təxribatı kimi də qəbul etmək olar.

“Elektron kartoqrafiya sahəsində dünya lideri "Google" şirkətinin müstəqil Azərbaycana qarşı bu cür münasibəti qəbuledilməzdir. "Google Maps"da Ermənistanın işğal etdiyi ərazilərin təsvirlərində rəsmi Azərbaycan adlarının deyil, məhz ermənidilli topoqraf adlarının istifadəsi halı dəfələrlə qeyd edilib. Azərbaycanın müvafiq dövlət qurumları və ictimaiyyət birgə səy göstərərək Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi və tarixi adların dəyişdirilməsi hallarının qarşısını qətiyyətlə almalıdır”, - deyə İKT İnformasiya Mərkəzinin məlumatında bildirilir.

İKT İnformasiya Mərkəzi rəsmi Azərbaycanın bu istiqamətdə atdığı addımları da qeyd edir. Belə ki, bir müddət öncə dövlət başçısı 1903-cü ildə Rusiyada tərtib edilmiş “Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda” xəritəsi əsasında "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşr edilməsi haqqında sərəncam imzalanıb: "Bu, bəzi ölkələrin Azərbaycanın ərazi bütövlüyü haqqında məlumatları, ölkəmizin ərazisində yerləşən tarixi və coğrafi adları təhrif etmək cəhdlərinin qarşısını almaq məqsədini daşıyır".
Bu xəbər oxucular tərəfindən 1387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed