Şrift:
Gənc Tamaşaçılar Teatrı bölgələrdə
19.05.2017 [11:43] - Mədəniyyət
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayında Respublikamızın bölgələrinə qastrol səfəri edəcək. Səfər Prezidentin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutacaq.

Teatrdan bildirlib ki, teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadı.

Verilən məlumata görə, qastrol səfəri bu il iyun ayının 12-dən - 16-dək baş tutacaq və tamaşamız adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed