Şrift:
350-dən çox mədəni irsimiz ermənilər tərəfindən dağıdılır
30.04.2012 [19:16] - Mədəniyyət
Əbülfəs Qarayev: “İşğal olunmuş torpaqlardakı heç bir abidə YUNESKO-nun mədəni irsinə daxil olmayıb

İşğal altında olan 350-dən çox mədəni irsimiz, qəbiristanlıqlarımız, məscid və ibadətgahlarımız ermənilər tərəfindən vəhşicəsinə dağıdılır, onlara hörmətsizlik edilir və biz onlara nəzarət edə bilmirik.

Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Azərbaycan işğal altında olan torpaqlarda qalan mədəni irsin dağıdılması ilə bağlı ağır yükü daşımaqdadır.

İşğal olunmuş 20% torpaqda Azərbaycan xalqının əsrlər boyu yaratdığı irsin qorunmasında, saxlanılması mümkün deyil.

Ona görə bu bizim üçün ürək ağrısıdır. Dünya ictimaiyyəti bu mövzuya diqqəti cəlb etməlidir”.

Onun sözlərinə görə, işğal olunmuş torpaqlardakı heç bir abidə YUNESKO-nun mədəni irsinə daxil olmayıb.

"Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi abidələrini YUNESKO-nun mədəni irsinə daxil etməyə başlayıb. İlk olaraq, İçərişəhər, 2007-ci ildən isə Qobustan bu təşkilata daxil olub”, – deyə nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 1483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed