Şrift:
Beyin fəaliyyətinə əngəllik törədən 5 SƏBƏB
19.05.2017 [11:46] - Sağlıq
Yaponiyalı alimlər beyin hüceyrələrinin ölməsinə və beyində bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan amilləri aydınlaşdırıblar. İnsan həyatının davamlılığının artırılması problemləri ilə məşğul olan mütəxəssislər beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərin siyahısını təqdim ediblər.


Siyahıda təqdim olunan səbəblər milyonlarla insanın hər gün təkrar etdikləri və kənardan çox adi görünən vərdişlərdir.

1-ci səbəb:
Alimlər ilk olaraq birinci səbəbi yuxu çatışmazlığı ilə izah ediblər. Belə ki, orqanizmin normal yuxu tələbatı ödənilmədikdə neyronlar zədələnir, insanın düşüncə tərzində ciddi problemlər yaranır. Yuxu çatışmazlığı uzun müddət davam etdikdə daha ciddi fəsadlar yaranır.

2-ci səbəb:
Növbəti səbəb beyin fəaliyyətinə mənfi təsir göstərən stress və stress yarada biləcək vəziyyətlərdir. Müntəzəm stress keçirən insanların beyin hüceyrələri sürətlə məhv olur.

3-cü səbəb:
Beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərdən biri spitli içkilərin qəbulundan sonra yaranan susuzluqdur. Müntəzəm olaraq qədərindən artıq tünd spirtli içkilərin qəbulu beyin problemlərinə gətirib çıxarır.

4-cü səbəb:
Digər əsas səbəblərdən biri siqaret çəkməkdir. Siqaret bütün orqanizmə zərbə vurmaqla yanaşı, qan dövranına mənfi təsir göstərir, beləliklə, beyin hüçeyrələrinin oksigenlə təmin olunmasına ciddi problemlər yaradır.

5-ci səbəb:
Beyin hüceyrələrinə əsas zərbə vuran səbəblərdən biri də narkotik vasitələrdən istifadə etməkdir. El arasında deyildiyi kimi narkotik vasitələr “beyni qurudur”.

Bu vərdişlərdən imtina etməklə beyin hüceyrələrinizi qoruyun ki, düşüncələriniz aydın, ömrünüz uzun olsun.

İlham Cəmiloğlu
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed