19.05.2017 [11:49] - Sağlıq
Beynəlxalq Həkim Kollektivi dünyada ölümlərin səbəbini araşdırıb. 133 ölkədən 2,3 min ekspertin iştirak etdiyi araşdırmalar zamanlı məlum olub ki, dünyada ölüm hallarının üçdə biri ürək-damar xəstəlikləri səbəbindən yaşanır.
Aparılan tədqiqatlar Amerikanın "Journal of the American College of Cardiology" (Amerikanın Kardiologiya Kolleci) jurnalında dərc olunub.
Tədqiqatlar nəticəsində ürək-damar xəstəliklərindən baş verən ölüm hallarının faiz etibarilə ən çox rast gəlindiyi ölkələr sırasında Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Amerika, Afrika və Okeaniya dövlətləri yer alır. Yaponiya, Andorra, Peru, Fransa, İsrail və İspaniyada isə bu göstəricilər ən aşağı səviyyədə qeydə alınıb.
Tədqiqatçılar onu da qeyd ediblər ki, son 5 ildə aparılan müşahidələr onu göstərir ki, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya və Qərbi Avropa ölkələrində ürək-damar xəstəliklərindən qeydə alınan ölüm halları xeyli azalıb.
Dərc edilən materialdakı hesablamalar 1990-2015 illər ərzində aparılan statistikalara əsaslandırılıb.
2015-ci ildə dünyada ürək-damar xəstəliklərindən əziyyət çəkən 400 milyondan çox insan qeydə alınıb. Onlardan təxminən 18 milyon insan həyatını itirib.
1990-cı ildən 2010-cu ilə qədər bu səbəbdən qeydə alınan ölüm faizinin orta göstəricisi son beş illə müqayisədə çox olub. Ölüm faizinin sürətli azalmasının səbəbi dünya ölkələrində səhiyyə sisteminin sürətli inkişafı ilə bağlıdır.
Məsələn, 1990-cı ildə orta hesabla dünyada hər yüz min nəfərdən 393-ü ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Bu göstərici 2010-cu ildə 307, 2015-ci ildə isə 286 nəfər olaraq qeydə alınıb.
Mütəxəssislər insanları ürək-damar xəstəlikləri ilə ciddi mübarizə aparmağa çağırır. Xəstəliyin yaranmasına səbəb olan ilkin amillərdən biri rejimsiz qidalanmaq, tütün istifadəsi və həddən çox alkoqol istifadəsidir.
Qan təzyiqini, xolesterinin səviyyəsini normada saxlamaqla bu risklərdən qorunmaq olar.

Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |