01.05.2012 [11:05] - Hərb
Coşkun Topal: «Son dövrdə Yaxın Şərqdə yaşanan hadisələrdən sonra Rusiya müdafiə sisteminə daha çox diqqət yetirir»
Hasan Oktay: «NATO-nun Türkiyədə radar qurmasından sonra Rusiya üçün Qəbələ RLS-in əhəmiyyəti artıb»
Azərbaycanın Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair danışıqlarda Rusiyanın qarşısında yeni şərt irəli sürdüyü barədə məlumat yayılıb. Rusiyanın «Regnum» agentliyinin danışıqlar prosesi barədə məlumatlı mənbəyə istinadən yaydığı məlumatda deyilir ki, Azərbaycan stansiyanın Türkiyəyə qarşı yönəlməyəcəyinə dair zəmanət tələb edir.
Bildirilir ki, rəsmi Bakı ancaq belə bir təminat veriləcəyi halda Qəbələ RLS-in Rusiya tərəfindən icarəsinin uzadıla biləcəyini çatdırıb. Mənbənin bildirdiyinə görə, stansiyaya dair danışıqlarda praktiki olaraq bütün məsələlər razılaşdırılmış hesab edilir, həmçinin tərəflər Qəbələ RLS-in icarəsi üçün tələb olunan məbləğlə bağlı razılaşmaya yaxındır. Ancaq radiolokasiya stansiyasının Türkiyəyə qarşı yönəlməyəcəyinə dair Rusiya tərəfindən qarantiya verilməsi məsələsi açıq qalır. Mənbə bununla ilə bağlı danışıqların davam etdiyini bildirir.
Müzakirələrin hansı səviyyədə davam etdiyi və sözügedən şərtin nə zaman irəli sürüldüyü məlum deyil. Ekspertlərin fikrincə, Rusiya Qəbələ RLS-i ona görə əldən vermək istəmir ki, bu sistemlər vasitəsilə NATO-nun Türkiyədə yerləşdirdiyi Raketdən Müdafiə Sisteminin fəaliyyətini izləsin. Qeyd edək ki, Malatyadakı radar İranı və Rusiya ərazisinin bir hissəsini nəzarətdə saxlayır. Rusiya da ABŞ-ın ballistik raket əleyhinə sipər yaratmaq planlarını cavabsız qoymur, Kalininqrad vilayətində ortamənzilli ballistik raketlər yerləşdirir və radar komplekslərini səfərbər edir.
Ümumiyyətlə, Qəbələ RLS-lə bağlı danışıqların düyünə düşməsi faktına həm Azərbaycan, həm də Rusiya ekspertləri müxtəlif aspektlərdən yanaşırlar. Mütəxəssislər problemin mahiyyətilə bağlı daha çox icarə haqqının artırılması məsələsini qabardırlar. Yerli politoloqların əksəriyyəti Qəbələ RLS-in mövcudluğunun Azərbaycana heç bir faydası olmadığını əsas gətirərək onun bağlanmasına tərəfdar olduqlarını deyirlər.
Rusiyalı ekspertlər də Qəbələ RLS-lə bağlı fikirlər, təkliflər söyləməkdədirlər. Özü də fərqli rakurslarda.
Məsələn, rusiyalı siyasi şərhçi Andrey Rayevski qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər: «Azərbaycan bu məsələdə sərtlik göstərə bilər. Bu stansiya İrandan, Pakistandan və Hindistandan ballistik raketlərin mümkün buraxılışı haqqında xəbərdarlıq məqsədilə Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Bakı cəsarətlə hazırda ildə 14 milyon dollar təşkil edən icarə haqqını 140 milyon dollara qədər artıra bilər».
Andrey Rayevskinin sözlərinə görə, bu məsələdə Azərbaycan Rusiya tərəfindən icarəyə götürülən «Baykonur» kosmodromunun icarə haqqını ildə 115 milyon dollar səviyyəsinə qədər qaldıran Qazaxıstandan nümunə götürə bilər: «Bütün əlavə xərcləri nəzərə alaraq Rusiya hər il öz dövlət büdcəsindən «Baykonur»a 315 milyon dollar vəsait ayırır. Bu, hətta Rusiya kimi elə də yoxsul olmayan ölkə üçün böyük məbləğdir. Buna görə də Azərbaycan məsələni qəti şəkildə qoymalıdır: ya Rusiya üçün Qəbələ RLS-in icarə qiyməti 10 dəfə artırılır, ya da Moskva Azərbaycana Qarabağ məsələsini həll etməkdə kömək edir, o zaman icarə haqqı əvvəlki səviyyədə qalır və hətta aşağı düşür».
Türkiyəli politoloq Coşkun Topalın fikrincə, Rusiya Azərbaycanla Qəbələ RLS-lə bağlı danışıqlarında ortaq məxrəcə gəlməyə çalışır: «Çünki Qəbələ RLS ballistik raketlərin buraxıldığı andan erkən xəbərdarlıq siqnallarının əldə edilməsi və zərərsizləşdirilməsi baxımından Rusiya üçün xüsusilə əhəmiyyətlidir. Rusiya cənub sərhədlərinin təhlükəsizliyi baxımından Qəbələ RLS-ə böyük əhəmiyyət verir. Ancaq müzakirələrin nəticəsiz qaldığı təqdirdə Moskva alternativ variantlar üzərində işləyəcək. Xüsusilə son dövrlərdə Yaxın Şərqdə yaşanan hadisələrdən sonra Rusiya müdafiə sisteminə daha çox diqqət yetirir. Beynəlxalq güclərin Orta Şərq və Qafqaz bölgəsindəki nüfuz mübarizəsində hərbi potensial və güc, soyuq müharibə dövründə olduğu kimi yenidən əhəmiyyət kəsb edir. Bu səbəbdən Malatyadakı Raketdən Müdafiə Sisteminin nəzarət radiusuna düşən Rusiya Qəbələ RLS-i əldə saxlamaq üçün səylərini artıracaq. Təbii ki, Azərbaycan bu məsələdə Türkiyənin də maraqlarını qorumalıdır».
Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktayın sözlərinə görə Rusiya Qəbələ RLS-in icarə vaxtını uzatmaqda maraqlıdır: «Burada iki varinat var: ya Azərbaycan Rusiya ilə anlaşaraq icarə müddətini uzatmalıdır, ya da bu obyekti özü işlətməlidir. Birincisi daha ağlabatandır. Xüsusilə İranın beynəlxalq saknsiyalarla üzləşdiyi və hədəfə alındığı bir vaxtda Rusiya Qəbələ RLS-i əldən vermək istəməyəcək. Malatyada NATO-nun raketdən müdafiə sistemlərini qurmasından sonra Rusiya üçün Qəbələ RLS-i modernləşdirmək olduqca vacibdir. Azərbaycan bu məsələdən yararlanıb xarici siyasətdə üstünlüklər qazana bilər. İsrailin İrana hücum planı da Qəbələ RLS-in Azərbaycan üçün əhəmiyyətini artırır. Azərbaycan bu stansiyanı Rusiyaya vermədən xarici siyasətdəki prioritetlərini nəzərdən keçirərək ciddi uğurlar əldə edə bilər. Birincisi, Qarabağ probleminin həllində Rusiyanın imkanları nəzərdən qaçırılmamalıdır. İkincisi, Azərbaycan bölgədə mövqeyini əhəmiyyətli dərəcədə artırır. Bu stansiya icarə sövdələşməsindən daha çox siyasi divident qazandıran bir obyektdir. Rəsmi Bakı bu şansı qaçırmamalıdır».
Politoloq Musa Taipovun fikrincə isə Rusiya Qəbələ RLS-i istifadə etmək marağında deyil: «Onun əsas marağı Azərbaycan ərazisində Rusiyanın hansısa hərbi bazasının mövcudluğudur. Rusiya yaxşı anlayır ki, Qəbələ RLS köhnəlib, onu modernləşdirmək lazımdır. Amma Moskva buna getmir. Çünki onun üçün əsas məsələ Azərbaycan ərazisində hərbi obyekt saxlamaqdır. Rusiyanın başqa yerlərdə də Qəbələ RLS-dən daha müasir tipli stansiyaları mövcuddur».
Politoloqun sözlərinə görə, Rusiya kimi demokratiyaya və isnan haqlarına önəm verməyən bir ölkə hər bir avantüraya gedə bilər: «Rusiya görsə ki, Qəbələ RLS-lə bağlı Bakı ilə razılaşa bilmir, o zaman təxribata əl atacaq. Rusiyadan nə desən gözləmək olar. Rusiya ya Qəbələ RLS-i əlində saxlayacaq, ya da onun başqa dövlətə, elə Azərbaycanın özünə qalmasına imkan verməyəcək».
Cavid

Bu xəbər oxucular tərəfindən 2599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |