01.05.2012 [11:55] - Güney Azərbaycan xəbərləri
Aprelin 29-da Kanada hökuməti İrandakı səfirliyinin viza və miqrasiya işləri ilə məşğul olan bölməsinin fəaliyyətini dayandırıb.
Kanadanın Tehrandakı səfirliyinin saytında yerləşdirilən rəsmi bəyanatda deyilir: “Viza və mühacirət bölməsinin fəaliyyəti Türkiyənin paytaxtı Ankaraya köçürülüb və bundan sonra Kanada vizası almaq istəyən və ya bu ölkəyə mühacirət etmək istəyən İran vətəndaşları Kanadanın Ankaradakı səfirliyinə müraciət etməli, öz sənəd və ərizələrini ora təqdim etməlidir. Bu addım Kanada səfirliklərinin iş səviyyəsini qaldırmaq, səfirliklə bağlı işlərin asanlaşdırılması və daha səmərəli aparılması, eləcə də səfirliklərlə bağlı xərclərin azaldılması istiqamətində atılıb”.
Bəyanatda vurğulanır ki, Tehrandakı səfirliyin viza və mühacirət bölməsinin Ankaraya köçürülməsi ilə bağlı qərarı Kanadanın Mühacirət Departamenti qəbul edib.
Kanadada 120 mindən çox iranlı yaşayır.

Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |