Şrift:
Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb
22.05.2017 [10:32] - Gündəm, Borçalı
İki gündür Gürcüstanda yağan aramsız leysan yağışları ölkədə ciddi problemlər yaradıb.

Mayın 21-də ölkənin qərb bölgəsində torpaq sürüşməsi fəallaşıb və artıq bir neçə dağ kəndi ilə əlaqə kəsilib.

Borjomidə də acınacaqlı vəziyyət yaranıb. Hazırda Gürcüstanın struktur bölmələri və xilasedicilər təhlükəli ərazilərdən insanları təxliyə edirlər.

İmereti bölgəsindən axan Rioni çayı yatağından çıxıb, sel suları yol infrastrukturunu dağıdıb, kənd təsərrüfatı sahələri, evlər su altında qalıb.

Leysan yağışları Kaxeti, Kvemo Kartli-Borçalı, Şida Kartli, Sameqrelo bölgələrinə də ciddi ziyan vurub. Bu bölgələrdə evləri və əkin sahələrini su basıb.

Eyni zamanda, güclü yağışlar nəticəsində Kür çayının səviyyəsi xeyli qalxıb. Bəzi ərazilərdə çay öz yatağından çıxıb, yollar dağılıb, ictimai-iaşə obyektlərini sel aparıb.

Sinoptiklər yağışların mayın 24-dək davam edəcəyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed