Şrift:
Beyniniz haqqında sizi təəccübləndirəcək 10 maraqlı məlumat
22.05.2017 [11:18] - Gündəm, Sağlıq
Sirlərlə dolu insan beyni hər zaman alimlərin tədqiqat obyekti olub. Texnologiyanın inkişafı sayəsində hər gün beynimiz haqqında yeni və təəccüblü məlumatlar öyrənirik.
Avropanın 2-ci Beyin Xəstəxanası - NPİstanbulun mütəxəssisləri beyin haqqında 10 təəccüblü məlumatı açıqlayıb.
1. Sol beyin, rasional və strateji düşüncələr istehsal edib uzunmüddətli planlar qurur. "Əgər" və “Amma” sözlərini çox istifadə edir. Sağ beyin isə emosionaldır. Səmimiyyətə və yaxınlığa əhəmiyyət verir. Daha dayaz düşünür. Ən çox fikirləşdiyi sözlər bunlardır: "dərhal” və "indi”. Sol beyin həqiqətləri, sağ beyin duyğuları, ön beyin doğruları təhlil edir.
2. İnsanın sağ beyni gözəlliyə pərəstiş etməyə meyllidir. Qadınlarda beynin sağ tərəfi daha çox işlədiyi üçün estetikaya kişilərdən daha çox önəm verir.
3. Uzunmüddətli depressiya adamda altsheymer riskini iki dəfə artırır. Xroniki alkoqol istifadəsini isə beyni zədələyərək altsheymer xəstəliyinin yaranmasına zəmin hazırlayır.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed