Şrift:
Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA
22.05.2017 [11:40] - Xəbərlər, DAVAMın yazıları
Aynur Talıblı

İstanbul Sabahattin Zaim Üniversitesi.

Tarih Ve Medeniyyet Araştırmaları Bölümü

Türk yurdunun, obasının qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca Turk yurdu var olar. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq. Fəqət son zamanlar istər yetişmə tərzi, istərsə də mənəvi cəhətdən olsun bizlər və yeni nəsillərimiz xaricin təsiri ilə öz kökümüzdən uzaqlaşdırılırıq. Qoxulu da orasıdır ki, bu hallar nəticə olaraq heç də xoş bəhrələr verməyəcəkdir. Başqalarının olmayan “mədəniyyətini” təqlid etmək həm atalarımıza, həm də şanlı türk millətinə qarşı ədəbzislik olar ki, zatən təqlid edilməyə çalışılan mədəniyyət ədəbsizliklərlə doludur. Çünki bizlər özümüzə döndükcə, soy-kökümüzə bağlı qaldıqca hər zaman öncül və hər sahədə müvəffəqiyyətli olarıq. Təbii sosial varlıq olaraq bizlər ətrafımızdakı digər millətlərin təsirində qala bilərik, amma bunu “çağdaşlıq” adı altında istəyərək və bilərərk etmək doğru deyildir. Çünki digər bir məqaləmdə qeyd etdiyim kimi özünü “mədəni”, ”modern” sayan avropalılara mədəniyyəti bizlər öyrətmişik. Hər halda bəzi həqiqətləri avropalılar qəbul etməsələr də rəzil və geriçilik tarixi olaraq adlandırdıqları ilk və orta çağa nəzər salsalar yetərli olacaqdır. Bu yazımızda tariximizdə türk atalarının övladlarını necə yetişdirdiyini, əski türk toplumunda uşaqların önəmini xatırlatmağa, bizim gələcəyimiz olan yeni nəsli necə yetişdirməmiz haqqında və onların Türk millətinin gələcəyi üçün nə qədər önəmli olduğunu qeyd etməyə çalışacağam.

Məlumdur ki, bizim gələcəyimiz olan övladlarımız biz necə yetişdirəriksə o tərzdə həyatlarını davam etdirərələr. Ətrafdakı bəzi təhlükələrə qarşı güclü olmağı da bizlər onlara kiçik yaşlarında öyrətməliyik. Bu mövzuda gözəl bir atalar sözü var: “Ağac yaşkən əyilir”. Həqiqətən də bu söz dərin mənaya malikdir.Yəni insan övladı ən çox kiçik yaşlarında öyrənməyə və tərbiyəyə açıq olur. Uşaqlıqda övladlarımıza necə tərbiyə verəriksə, hansı tərəfə yönəldiriksə yetkinlik yaşına gəldiklərində həyatlarında bunun önəmli təsiri olar.

Hər türk uşağı bir alpdır

Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA

Qədim türklərin yaşam tərzi və ailə münasibətlərini özündə əks etdirən ən sağlam qaynaq dastanlarımızdır. Bu dastanların arasında biz Oğuz türklərinin qədim yaşam tərzlərini və ailə münasibətlərini dolğun şəkildə əks etdirən dastanlarımızdan ən önəmlisi “Kitabi Dədə Qorqud” dastanıdır. Yazımda da zaman-zaman Dədə Qorqud dastanına əsaslanıb, örnəklər verəcəyə çalışacam.

Türk toplumunda uşaqlar bir gələcək abidəsidir.Yəni toplumun dəyərlərini sonrakı quşaqlara - nəsillərə daşıyacaq olan tək ünsürdür. Əski türklərdə uşaq ailə, toplum və hətta dövlət üçün gələcəyin təminatı olaraq görüldüyündən, Türk sosial həyatının gözbəbəyi və varoluşun əsasıdır. Ayrıca uşaqlar ana və atanın genetik şifrələriylə var olduqları ikinci zəmin-alan, cəmiyyət baxımından düşünüldüyündə isə cəmiyyətin xarakter daşıyıcısıdır. Yəni ailə və toplum uşaqda əks olunur. Uşağın türk toplumunda bir dəyər olaraq görülməsinin bir digər səbəbi də onun doğasında - özülündə olan hərəkətlilikdir. Həmçinin uşaq, türk törəsini daima canlı tutan bir ünsürdür. Bu baxımdan uşaqlar türk toplumunda bir ehtiyac olaraq görülür. Gələcək ünsür və bir yaşadıcı olaraq görülən uşaq, hər zaman sayğı və sevgi göstərilən bir varlıqdır. Dədə Qorqud hekayələrinin qurucusu olan türkün ortaq vicdanında və ortaq ağlında, uşaq kiçik də olsa onurludur, bir mənliyə və olgunluğa sahib olaraq qarşımıza çıxar. Bu hekayələrdə uşaqlara çox zaman bir yetişkin kimi davranılır. Bu da uşaqların mənliyində, dəyər verilən bir varlıq olduğu hissini doğuraraq şəxsiyyətinin formalaşmasına müsbət təsir etmişdir. Qeyd etdiyimiz kimi qədim türklərdə də uşaq, ailə hüququ baxımından önəmlidir. Bunun səbəbi uşağın ailənin davam etməsindəki ən önəmli ünsür olmasıdır. Uşağın olmadığı hallarda türk kişisi səbəbi qadınında axtarmamaqda, özü də sucu və ya qüsuru bölüşməkdədir. Bu bir həqiqətdir ki, türklərdə uşaq sahibi olmaq çox istənilən bir haldır.

Türklərdə yeni doğulan uşağa belə qəhrəman gözü ilə baxılırdı. Cinsiyyətindən fərqli olmayaraq hər uşaq gələcəyin bir alp-türk savaşçısıdır. “Alp” sözü türkçədir və bizim ərəbcə “zor” - anlamında işlətdiyimiz söz mənasındadır. Savaşçılara alp denyilməsinin səbəbi isə hər zorluğu dəf edə biləcək gücə sahib olmasındandır. Yəni hər türk uşağı bir alpdır.

Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA

Uşağın varlığı ailənin gələcəyi üçün önəmlidir. Dədə Qorqud hekayələrində Dirsə Xanın oğlu-qızı olmadığından bəhs edilir. Dirsə Xan və Xatunu bu vəziyyətə üzülür. Dirsə Xan xanımının istəyi ilə ulu toyu toplayıb, dua etmələrini arzu edir. Bu duaların sonucunda xatunu hamilə qalır və bir müddət sonra oğlu dünyaya gəlir.

Türklər qız və oğlan uşaqları arasında fərq görməzdilər. İnsanın yaradılışı baxımından fərq görməsələr də, oğlan və ya qız uşaqlarının ailələr baxımında bir-birlərindən fərqli ola biləcəkləri ehtimalı da vardır. Ana və ya ata qızını oğlan övladından və ya oğlan övladını qız övladından daha çox sevə bilər. Bu mövzuda fərqli fikirlər mövcutdur. Bu fikirlərdən Ünal-Öztürk qız və oğlanın dəyərləndirilməsi mövzusunda bəzi qızların daha çox sevildiyini düşünməkdədir. Ögəl isə Hun və Göytürk çağından bəri gələn bəlgələrdən yola çıxaraq oğlan uşaqlara daha çox dəyər verildiyi düşüncəsindədir.

Qədim türklərdə oğul övladı sözünü ifadə etmək məqsədi ilə “atac” sözü istifadə edilmişdir. Ataç-böyüklük göstərən uşaq, oğul mənasında deyilir. (Kaşğarlı Mahmud). “Anaç” isə kiçikkən böyük bir anlayış göstərən qız, anacık (Kaşğarlı Mahmud) anlamında deyilir. Burdan əski türklərdə oğulun ataya, qızın anaya bənzədiyi görülməkdədir”. "Ata oğul, ataç doğular" yəni oğul ataya bənzər ifadəsi bunu doğrulamaqdadır. Oğul ataya, qız anaya bənzədiyinə görə, oğlan uşağın yetişdirilməsi atanın, qız uşağının yetişdirilməsi ananın vəzifəsi idi.

Ancaq qədim türklərdə sadəcə övlad sahibi olmaq yetərli deyildi. Övladın savaşçı və qəhrəman olması da mühüm idi. Bunun üçün təlim yetişmə tərzi önəmli olmuşdur. Türklərdə uşağın yetişdirilməsinə ailə ortamından başlanır. Uşaqlar daha kiçik yaşda at minmək, qılınc oynatmaq, ox atmaq kimi igidlik, savaşcılığ xüsusiyyətlərini öyrənərkən, toplumun, cəmiyyətin qaydalarını da öyrənirdilər. Uşaqlar təlim zamanında belə qanunlara uymalı idilər. Dədə Qorqud hekayələrində də uşaqlara verilən təlimin, eyitimin, tərbiyənin də böyük bir yeri vardır və əsərin müqəddimə qismində də buna diqqət çəkilir: “Kız anadan görmeyince öğüt almaz, oğul atadan görmeyince sofra çəkməz. Oğul atanın yetiridür, iki gözinün biridür. Devletlü oğul kopsa ocağınun közidür… Ata adını yorıtmayan hoyrad oğul ata bilinden ininçə inməsə yiğ, ana rahmine düşince toğmasa yiğ. Ata adın yorıdanda devletlü oğul yiğ.” (Ergin, 2004: 74)

Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA

Uşaqların təlimi ailənin görəvi olmaqla bərabər toplumdakı bütün fərdlər də bu təlimdə məsuliyyət daşıyır.Uşaqların hüquqi baxımdan təməl haqq və özgürlükləri ailə ortamında formalaşırdı. Qədim türklərdə uşaqlar öz adlarını etdikləri qəhrəmanlıqlarla alırdılar.

Adını öz haqqıyla - qəhrəmanlığı ilə alan bir uşaq, düzənlənən törə-yığıncaq ilə adını hər kəsə duyurur, tanıdırdı.Uşaqlara verilən adlarda bəzi qavramlar diqqəti çəkir. Bu adlar içərisində Bozkurt, Gök Börü, Uku (Baykuş), Turul (Toğrul) və başqa isimler yer almaqdadır. Yağıbasan ismi düşmənın hücumu dəf edilən gün doğulan uşaqlara, Aşbergen ismi aş töreni edildiyi gün doğulan uşağa, Konak Keldi ismi sayılı müsafir gəldiyi gün doğulana, Uralbəy, Sırgəldi, İdilbey adları doğulduğu yerə görə verilən isimlərdir. Bu isimlər verilərkən təbiət qüvvətlərinin, ruhların və cinlərin yeni doğulan uşağın həyatına müdaxilə etməyəcəyi düşünülürdü. Uşağın uzun ömürlü olması üçün Tokdasın, Dursun kimi isimlər verilərkən bunların yanında yaxşı xarakterli xüsusiyyətlərini anlatmaq üçün Tınıbek, Canıbek, Alper kimi isimlər də verilirdi.

Türklərdə qurd igidliyin simvolu - işarəsidir. Bu səbəbdən Qurd insan adı kimi türklərdə istifadə edilir. Bu yerdə Türk tariximizdə önəmli yeri olan Türk Alpı sərgərdəsi Ərtuğrul Qazinin bu sözlərini xatırlatmaq istəyirəm: "Türk balası qurd olur, basdığı yer yurd olur". Burdan da göründüyü kimi türklər övladlarını qəhrəman kimi yetişdirir və igidliyin onların şanını yüksəltdiyinə inanırlar.

Qeyd etdiyimiz kimi qədim türklərdə mücadilə əsasdır və uşaqlarda da qəhrəmanlıq ən yüksək sosial dəyərdir. Belə olduğu halda qız uşaqlarınında dəyəri ata binmək, qılınc oynatmaq, ox atmaq, düşmənə hücum etmək, yəni maddi qüvvət təzahürləri ilə ölçülür. Çünki göçəri və hər zaman düşmənlə savaşan bir toplumda qadının da alp tipinə uyğun olması, yəni qəhrəman, qorxusuz və çevik olması gərəkir. Bu halın, əsərdəki Bamsı Beyrək və Qan Turalı hekayələrində geniş əks edildiyini görürük: Bamsı Beyrək, atasına evlənəcəyi qızın xüsusiyyətlərini belə söyləyir: “Ata mana bir kız alı vir kim, men yirümden turmadın ol turmah gerek, men kara koç atuma binmedin ol binmeh gerek, men karımuma varmadın ol baş getürmek gerek, bunun gibi kız alı vir baba mana. “Beyrey”in atası Bəy Bura Xan da “Oğul, sən kız diləməzsin kəndünə bir hampa istərmişsin” deyir. Məhz hikayənin əvvəlində Beyrek, beşik kəsməsi olan Banu Çiçəyin evinə tesadüfən gəlir. Daha önce görmədikləri üçün bir-birlərini tanımırlar. Banu Çiçək, qarşısındakı insanın həqiqətən beşik kəsməsi olub olmadığını öyrənmək üçün Beyrəyə bir təklif edir: “Gəl imdi senün ilə ava çıkalum, əgər senün atun mənüm atumı kiçer ise onun atını dahi kiçersin. Hem senün ile oh atalum, meni kiçer isen, anı dahı, kiçersin ve hem senün ile güreşelüm, meni basar isen anı dahı basarsın” deyər və Beyrək də bu təklifi qəbul edər. Ardından Banu Çiçək ve Beyrek, bir-birlərini yenmək üçün yarışa başlar, ox atarlar, güləşirlər. Sonunda Beyrek, Banu Çiçəyi yenər. Banu Çiçək də özünü tanıdar və bu olaydan sonra nişanlanırlar. Burada görülür ki, qəhrəman, qız və ya igid olsun evlənəcəyi insanı cəsarətinə, igidliyinə və savaşçı özəliklərinə görə seçirdilər. Bu hekayələrdə də görüldüyü kimi, kişilər qədər qadınların da igid və qorxusuz olmaları gözlənilir və igid bir kişi ancaq özü kimi cəsur və igid bir qızla evlənməyi seçər.

Atalarımız və biz...

Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA

Bura qədər qədim türklərin uşaqları necə yetişdirildiyindən və əski türk toplumunda uşaqların önəmindən bəhs etdik. Atalarımız övladlarını xüsusi təlimlə yetişdirirdilər. Bəs bizlər necə edirik? Bəzən onları xarici dil öyrənsinlər, bilgisayarı bilsinlər, müasir dünyadan geri qamasınlar və.s kimi məşğuliyyətlərə yönəldirərkən kökündən, özündən milli kimliklərindən qoparırıq. Dil öyrənsinlər deyərəkdən evimizdə onlarla başqa dildə (rus, ingilis) danışır ana dilimizi unutdururuq, modern olsunlar deyə əcayib tərzdə musiqi dinləmələrinə, qeyri-etik geyimlərinə göz yumuruq və güclü şəxsiyyətə malik olsunlar deyə, mənəvi cəhətdən yetişdirməyi unuduruq. Hal belə olunca əcayib bir nəsil yetişir, milli kimliyini unutmuş, dilini bilməyən, mədəniyyətin sadəcə avropalılarda olduğunu düşünən bir nəsil. Bu məqamda Türk dünyasının görkəmli ədibi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlatmaq istəyirəm: “Yad yerin halvası çox şirin olar”.

Qaçırsan, min illik ənənədən qaç!

Hər kəsə bənzəmə, sən təzə yol aç!

Dediyin hər sözü duy dərin-dərin.

Həyatda gördüyün geriliklərin

Demə ki, hamısı ənənədəndir!..

Sən niyə arxanı köhnə sayırsan

Qaçıb öz atandan bəs bu nədəndir

Özgə ataları yamsılayırsan?

“*”*”*”*”*”*”*”*”*”*”*”*”*”*”

Gülmə öz kökünə, ayıbdır sənə!

Ot kökü üstündə bitər, unutma,

Köhnə damğasını vurub atana,

Özgədən özünə sən ata tutma!

Yadın köhnəsi də dilin əzbəri,

Ənənən çiyninə niyə yük oldu?

Anlaya bilmirəm, nə vaxtdan bəri

Yadı yamsılamaq yenilik oldu?!


Gələcək nəsillər necə yetişdirilməlidir? - Dünəndən bu günə nə dəyişdi? - ARAŞDIRMA

Həqiqətən bu misralar hər şeyi əks etdirir. Bizlər atalarımızın övladlarını yetişdirdiyi tərzdə yetişdirəriksə hər şey daha fərqli olar. Biz övladlarımıza başqa dilləri öyrədək, amma öz dilimizi unutdurmayaq, onları başqa millətlərin mədəniyyətlərindən xəbərdar edək, amma öz kökündən uzaqlaşdırmayaq. Türk İslam mədəniyyəti dünyanın ən əsil və möhtəşəm mədəniyyətidir. Onlara -övladlarımıza xarici filimlərin xəyalı qəhrəmanlarını sevdirmək, örnək göstərməyin əvəzinə Türk taixinin elm, mədəniyyət, hərb sahəsində uğurlar qazanmış şəxsiyyətlərini xatırladıb, öz qəhrəmanlarımızı sevdirək. Tarixində, soyunda qəhrəmanları olmayan millətlər xəyali-sanal qəhrəmanlar uydurub kitablar yazaraq, filimlər çəkərək öz nəsillərini yönləndirməkdə, tərbiyə etməkdədirlər. Bizim şanlı türk tariximizdə minlərcə qəhrəman, igid atalarımız vardır. Unutmayın, gözəl və anlamlı bir ata sözümüz var: “Od kökü üstə bitər”. Özümüzdən, kökümüzdən qoparıqsa başqa millətlərə kölə olmağa məhkum olarıq. Bizim şanlı tariximiz nam salmış millətimiz var. Uşaqlarımız bizim gələcəyimizdir, onlara atalarını unutdurmamalı və onların qəhrəman bir milləti təmsil etdiklərini xatırlatmalıyıq. Mustafa Kamal Atatürkün söylədiyi kimi “ÇOCUKLAR GELECEĞİMİZİN GÜVENCESİ, YAŞAMA SEVİNCİMİZDİR, BUGÜNÜN ÇOCUĞUNU YARININ BÜYÜĞÜ OLARAK YETİŞTİRMEK HEPİMİZİN İNSANLIK GÖREVİDİR”

Nə mutlu Türküm deyənə!

Son olaraq verdiyi dəyərli bilgiler üçün Türk komutan İshak Çelik beye təşəkkür edir və yazını onun bu sözləri bitirirəm: “Keçmişini unudanın gələcəyi olmaz”.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed