22.05.2017 [15:46] - Gündəm, Diaspor
İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Prezidenti, Ali Məhkəməsi və Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub: “İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycanlıalrı Konqresinin də işinin necə çətin olduğunu bilirik”.
Müraciətdə daha sonra deyilir: “İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz”.
Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant münasibətini bildirərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, ÜAK-ın yenə də Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |