23.05.2017 [10:05] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
Xalça Muzeyində mayın 22-də “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçirilib.
Bu barədə Xalça Muzeyinin mətbuat xidmətindən məlumat verilib.
Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunub.
Mayın 24-dək davam edəcək simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Məqsəd türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir. Mövzusu istənilən tarixi dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.
Naxışların tipoloji təsnifatında ki, özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elmadamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanılacaq.
Simpozium çərçivəsində D.Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi açılıb. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milligeyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur

Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |