01.05.2012 [12:22] - Xəbərlər, Sağlıq
Çin məsuliyyətsizliyə yol verən şirkətin zəhərli məhsul istehsal edən zavodunu bağlayıb
“Coca-Cola” şirkəti Çində böyük qalmaqalla üzləşib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Çinin Şansi əyalətinin hakimiyyəti “Coca-Cola” şirkətinin məhsullarına xlor qarışmış zavodunu bağlayıb.Xlor içki məhsullarının soyudulması üçün istifadə edilən avadanlığın təmiri zamanı məhsula qarışıb. Lakin Coca-Cola şirkəti məsuliyyətsizliyə yol verərək, insan həyatı üçün təhlükəli bu məhsulları Çin bazarlarında satışa çıxarmaqdan çəkinməyib. Şirkətin əməlinin üstü açılıb və Çin hakimiyyəti zavodu bağlayıb. “Coca-Cola” şirkəti olayla bağlı hələ ki, açıqlama verməyib.
Qeyd edək ki, Çin “Coca-Cola” üçün ən böyük və sürətlə inkişaf edən bazarlardan biridir. Şirkət dünya üzrə istehsal etdiyi məhsulun 7 faizini məhz Çin bazarlarında satır.

Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |