Şrift:
Ötən il Azərbaycanda hepatit B və C virusundan ölənlərin sayı açıqlandı
23.05.2017 [10:22] - Sağlıq
Ötən il Azərbaycanda kəskin hepatit B virusundan 18, C hepatiti virusundan isə 11 nəfər ölüb.

Komitədən qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ildə ölkə üzrə virus hepatitləri (A,B,C və digər formaları) ilə qeydə alınan xəstələrin sayı 319 nəfər təşkil edib. Onlardan 126-da kəskin hepatit B, 120-də isə kəskin hepatit C aşkarlanıb. Ümumilikdə xəstələrdən 112-si qadınlar olub.

Xəstələr arasında 0-17 yaşda olan uşaqların sayı 31 nəfər təşkil edib.

Bakı şəhəri üzrə virus hepatiti (A,B,C və digər formaları) ilə 101 nəfər qeydiyyatdadır ki, onlardan 37 nəfəri kəskin hepatit B, 43 nəfəri isə kəskin hepatit C olub. Qadınların sayı isə 37 təşkil edib. Paytaxtda 0-17 yaşda olan uşaqların sayı 6 nəfər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed