14.10.2011 [15:17] - Gündəm
Ağdam Tərtər və Goranboy rayonlarını təmas xəttinə yaxın yerləşən kəndlərində unun ümumi uzunluğu 2700 m olan istinad divarlarının çəkilməsinə başlanıb.Məqsəd sakinləri erməni güllələrindən qorumaqdır.Hasarlar sakinlərin güllədən dəlmə deşik olmush evlərini qoruyacaq. Tarlalarda işləyən sakinlərun nisbətən təhlükəsizliyin qoruyacaq.Tikinti işləri 7 ay əvvəl həyətlərində oynayarkən snayperlə vurulan 8 yaşlı Fariz Bədəlovun yaşadığı Ağdam rayonunun Orta Qərvənd kəndindən başlanıb. Artıq Farizin vurulduğu həyətin ətrafına hasar çəkilib. İstinad divarlarının tikintisi Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişiylə aparılır. istinad divarları cəbhə xəttində yerləşən yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə tərtib olunan dövlət proqramının bir hissəsidir. Proqramda müharibə zamanı dağılan evlərin, sosial obyektlərin, kommunikasiya xəttlərinin də bərpası nəzərdə tutulub.Qeyd edək ki , Istinad divarlarını tez zamanda başa çatdırılması planlaşdırır. Bu işlər başa catıqdan sonra sonra müharibədən zərərçəkən evlərin bərpası işləri davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |