01.05.2012 [21:17] - Mədəniyyət
Əlicavad Cavadov balaban və zurnanın ermənilərə aidiyyatı olmadığını bildirir
Əlicavad Cavadov Azərbaycanın qədim musiqi alətləri olan balaban və zurnanın mahir ifaçısıdır. Başına çox çətinliklər gəlib. Ancaq qəribədir ki, həmişə sənətindən daha möhkəm yapışıb. Uşaqlıqdan sevdiyi peşəyə sonradan ürəklə bağlanan Əlicavad kişinin dediyinə görə, məhz bu səbəbdən indiyə kimi ruhunu rəvan saxlaya bilib. O, İsmayıllı rayonunun Müdirsə kəndində anadan olub. 68 yaşındadır. Bu sənətə gəlməsi hardasa bir təsadüf nəticəsində olub. Danışır ki, 1975-ci ildə başına faciəli bir hadisə gəlib, ailəsini yanğında itirib: «Tək qalmışdım. Ailəsini, balalarını itirən bir kəsin vəziyyətini təsəvvür etmək çətin olmaz. Məni ağır vəziyyətdə Bakıya-5 saylı xəstəxananın yanıq şöbəsinə gətirdilər. Doğmalarını itirəsən, özün də ağır vəziyyətdə olasan. O vaxta kimi zurna-balabanda bir az çalırdım. Tamamilə çıxılmaz bir durumdaydım. Çox fikirləşdim, sonda gücümü topladım, qərara gədim ki, yaşamaq, mübarizə aparmaq lazımdır. Balaca həvəslə də irəli getmək olmazdı. Başa düşdüm ki, daha ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır. Yenidən ailə qurdum, çətinliklə də olsa, arzularımı gerçəkləşdirdim. Belə bir vaxtda məşhur balabançı Əli Kərimovun bəstələri çox karıma gəldi. Onu da deyim ki, Şirvan aşıq məktəbinin inkişafında bu sənətkarın böyük rolu olub. Onun yaratdığı onlarla havacatlar daim repertuarımdadır. «Koroğlu nağarası», «Heyvagülü», «Alçagülü», «Bənövşə»… Mərhum balabançı Həsrət Hüseynovun da bir neçə havacatı var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə indi adı məşhur yaşlı, yəni həyatda olan və olmayan sənətkarların çoxu Ə.Kərimovdan dərs alıblar».
Əlicavad kişinin Azərbaycanın tanınmış sənətkarları ilə ciddi, davamlı münasibətləri olub. Musiqi təhsili almayıb. Ona görə də uzun müddət onun fitri ifaçılığını, bəstəçiliyini qəbul etmək istəməyiblər: «Tanınmış musiqilərlə görüşlərdə nəyə qadir olduğumu sübut etdim. Bu sahədə havacat yaradıcılığı, ümumiyyətlə, alətlərdə çalmaq fitrətdən gələn məsələdir. Həslimizdə bu sahədə məşğul olan, ümumiyyətlə, musiqiyə meylli olmayıb».
Əlicavad kişinin öz havacatları da var. Bu havalar hazırda Azərbaycan radiosunun «Qızıl fond»unda qorunur. Haqqında Ədəbiyyat və İncəsənət Arxivində fond açılıb. Deyir ki, gərək bu sənətdə olan şəxs daim halında sabit olsun: «Qara zurna, balaban daim yaşamalıdır. Bu alətlərdə milli ruhumuzu görürəm. İnsan zurnanın səsinə qulaq asdıqca onda döyüşkənliyə qarşısıalınmaz bir meyl yaranır. Adətən mən qara zurnada, balabanda xarici musiqiləri ifa etmirəm. Baxmayaraq ki, sifariş edirlər, yaxşı da pul ödəyirlər. Ancaq daim bu alətlərin varlığını, bənzərsizliyini qoruyuram».
O, hər vəchlə zurnanın müasir texnikalılığa, özgəliyə tabe etdirilməsinə qarşıdır: «Zurna daim milli mahnılarımızı çağırmalıdır. Onda qəhrəmanlıq havaları çox gözəl alınır.
Heyləyim, mən gedib rus, ya ingilis ola bilmərəm ki?
Mən buyam və öz varlığımı inadla qorumalıyam. Təəssüf ki, telekanallarda zurnanın lağa qoyulmasına rast gəlinir».
Əlicavad kişi Azərbaycan musiqisini sovet vaxtı zurna-balabanla Ermənistanda təmsil edərkən ermənilərin milli musiqi alətlərimizə «özlərininki kimi» baxmalarının da şahidi olub: «1986-cı il idi. Ermənistanda keçirilən tədbirdə iştirak etdim. Bir yekə çemodanda yaratdığım alətləri və zurna-balabanı aparmışdım. Ermənilər ha çalırdılarsa da, bir şey anlamaq olmurdu. Çünki erməninin nə ruhu var ki, onu bu alətlərdə də ifadə eləsin? Onlar həmişə oğru xalq olublar, başqalarının, xüsusən də bizim bir xalq olaraq yaratdıqlarımızı öz adlarına çıxıblar. Ermənilərə başa saldım ki, bu alətlərin ermənilərə, erməni ruhuna aidliyi yoxdur».
Əlicavad kişi daim bu alətin imkanlarının artırılması zəruriliyi, bu sahədə görülməli işlərdən də danışır: «Bu alətdə ifa edən çalğıçının ruhlu olmasından çox şey asılıdır. Bugünkü cavanların zurna-balabana daha çox barmaqarası baxmasından narazıyam. Vaxtilə Azərbaycan toylarında zurna-balaban aparıcı olub. Təəssüf ki, bu gün bu adət itməkdədir. Düzdür, indi şəhər yerlərində – restoranlarda zurna-balabandan istifadə olunur, ancaq əvvəlki qədimlik əhvalı gözə dəymir, hiss edilmir. Özü də zurnanı səsgücləndiricilərə qoşurlar. Bununla zurna- balabanın səsi, təbiiliyi itir. Qabaqlar xanəndələrimiz mikrofonla oxumayıblar. İndi kimin bir balaca səsi var, deyir mən sənətkaram. Onu da deyim ki, xarici nəfəslərə, alətlərə meylin artması məni narahat edir».
Əlicavad kişinin yaratdığı musiqi alətlərinin ciddiliyi, mükəmməlliyi bu gün artıq sənətşünaslar, musiqişünaslar tərəfindən etiraf edilməkdədir. Hazırda bu alətlər dövlət muzeylərində qorunur. O, indi də yeni musiqi alətləri yaratmaq haqqında düşünür. Deyir, xalqımızın yaradıcılıq potensialı çox güclüdür: «Keçmişdə olan bir çox musiqi alətlərimiz var ki, tamamilə unudulub gedib».
Zurnada və balabanda dayanmadan saatlarla ifa edə bilir.
Əlicavad kişi sənəti ilə bağlı həmişə axtarışdadar: «Ən qədim musiqi aləti əslində sümsüdür. Uşaqlıqda söyüddən və qozdan fıştırıq düzəltməyim yadımdadır. Sonradan bu, məndə adət şəklini aldı, gördüm ki, musiqi alətləri hazırlaya bilərəm». Onun bu sənətə olan sevgisi indi də çox güclüdür: «Bu sənətin bütün çətinliklərini yaşamışam. Ancaq sənətə olan sevgim hər cür əzab-əziyyətə dözməyi tələb edib».
Əgər xalq öz bənzərsiz mənəvi sərvətlərini lazımınca qiymətləndirməyi bacarmırsa, gec-tez bu, millətin ömründə sağalması çətin olan ağrılı izlər buraxır. Gərək böyük dəyərlər yaradan xalq bu dəyərlərin daim qorunması qayğısına qalsın. Zurna musiqi aləti təkcə bir ölkənin olmayıb. O, bütün Şərqdə olub, indi də mövcuddur. Ancaq inamla demək olar ki, zurna alətini ən çox türk ruhu təsdiq edir. Bu alət möhtəşəm döyüşkənlik və haray ruhumuzu çox gözəl ifadə edir.
Uğur

Bu xəbər oxucular tərəfindən 1651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |