26.05.2017 [10:43] - Mədəniyyət
Bakı Xoreoqrafiya Akademiyası "Azərbaycan Respublikasında İslam həmrəyliyi ili"nə həsr olunmuş layihələr çərçivəsində Musiqili Teatrın səhnəsində "Səmayi şəms" rəqs-tamaşasını təqdim etdi. Akademiyadan bildirlib ki, tamaşanı möhtəşəm "Davulla rəqs" kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərdi.
Səhnədə İslam dünyasına daxil olan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olundu.
"Səmayi-şəms" layihəsinin bədii rəhbəri Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru "Tərəqqi" medalı kavaleri Cavid İmamverdiyevdir. Tamaşanın quruluşçu xoreoqrafları - akademiyanın Milli rəqs kafedrasının baş müəllimi, xalq artisti Yusif Qasımov və tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Fondunun Mükafatı laureatı Arman Nurmaxamatulıdır. Rəqs-tamaşanın xoreoqrafları Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli, müəllimlər - əməkdar artist Səbinə Qasımova, əməkdar müəllim Pellumb Aqalıyay və Kamilə Əliyevadır.
Böyük maraq kəsb edən tamaşada Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, dövlət və hökumət təşkilatlarının nümayəndələri, digər xarici ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak edirdi.

Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |