Şrift:
Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq
26.05.2017 [10:47] - Mədəniyyət, Bildiriş
Bir neçə il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu layihə ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Yazıçılar Birliyindən bildirlib ki, 5 iyun böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gülsəpmə mərasimində iştirak edəcəklər..

Bu dəfə qeyd olunacaq "Şairlər günü"ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliynin, Azərkitabın təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

VII Şairlər Günü görkəmli Xalq şairi Məmməd ARAZIN əziz xatirəsinə həsr ediləcək. Həmçinin bu dəfə ilk olaraq Şairlər Günü bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında Mücirəddin Beyləqaninin əziz xatirəsinə, iyunun 8-də Şabran Mədəniyyət Sarayında Xaqani Şirvaninin əziz xatirəsinə həsr ediləcək. Tədbirlərdə müxtəlif ölkələrdən dəvət edilmiş 20-dən çox şair və yazıçılar iştirak ecəcəklər.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed