Şrift:
Güney azərbaycanlı fəal Calal Salehpur həbs olunub
02.05.2012 [11:34] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı öyrənci fəal, şair və yazıçı Calal (Bulut) Salehpur Təbriz ETTELAAT-nın (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən həbs olunub.Salehpur Əhər universitetində kompüter üzrə təhsil alır və “Qaya” rəqs qrupunun məsuludur. O, dünən ETTELAAT idarəsinə müraciət edərkən naməlum səbəbdən saxlanılıb.
Salehpur 60 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. O, 2012-ci il mayın 7-də məhkəmədə hazır olmalıdır.Qeyd edək ki, ETTELAAT məmurları son günlərdə dəfələrlə adını çəkdiyimiz güney azərbaycanlı fəalın atası evinə müraciət etmişdilər. Lakin evdə olmadığı üçün onu yaxalamağa nail olmamışdılar.
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed