Şrift:
Dövlət Musiqili Teatrı Lənkərana qastrola gedəcək
31.05.2017 [10:49] - Mədəniyyət
Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır.
Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun verdiyi məlumata görə, bu silsilədən ilk tədbir mayın 31-də Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə Lənkəranda çıxış edəcək.
Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.
Teatr bölgələrlə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq “Dədə Qorqud” festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed