Şrift:
Şamaxıda orta əsrlərə aid nekropol aşkarlanıb
31.05.2017 [11:53] - Mədəniyyət
Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, arxeoloji ekspedisiyası tərəfindən ərazidə aparılan tədqiqatlar zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbir qeydə alınıb. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar 28 qəbir açıb, onlardan 18-i təmizlənərək öyrənilib. Daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və çeşidli maddi-mədəniyyət nümunələri tapılıb.

Nekropolun eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed