31.05.2017 [12:06] - Xəbərlər, DAVAMın yazıları
Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbini açdıqdan sonra cəhalət qaranlığında istedadları boğulan nə qədər Azərbaycan qızları o məktəbdə təhsil alıb, inkişaf edib, cəmiyyətin aktiv üzvlərinə çevriliblər.Yəni, həmin məktəbin Azərbaycan cəmiyyəti üçün faydasını heç nəylə müqayisə etmək olmaz. Az öncə dediyim kimi, bu məktəb sayəsində yüzlərlə qızlarımız cəhalətin qaranlığından xilas olaraq xalqa, dövlətə gərəkli insanlar olublar.
Ancaq Tağıyev bu məktəbi açana kimi nə qədər əziyyət çəkib, bunu bir rəhmətliyin özü, bir də bu günlər üçün yadigar saxladığı məktublar bilir. Biz də həmin prosesləri o məktublardan öyrənirik.
Qısaca olaraq məktəbin açılması prosesi - məktublardan göründüyü kimi – belə olub: Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A. S. Txoryevskinin Tağıyevə 22 mart 1896-cı ildə məktub yazaraq xahiş edir ki, məktəb açmaqla bağlı mərkəzə müraciət etsin.
Həmin bu məktubdan sonra Tağıyev 24 aprel 1896-cı il Qafqaz Tədris Dairəsinin hamisi K. P. Yanovskiyə məktub yazaraq niyyətini bildirir. Tağıyevin bu məktubuna cavab olaraq bir gün sonra yəni, 25 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin müfəttişi M. K. Zavadskinin cavab məktubu gəlir. Beləliklə, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun araşdırmalarından əldə etdiyimiz hər üç məktubu təqdim edirik:
Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A. S. Txoryevskinin Z. A. Tağıyevə məktubu:
“Zati-aliləri cənab Qafqaz Tədris Dairəsinin hamisi mənə təklif etdi ki, xalq təhsilinə biganə qalmayan şəxslərdən imperator Həzrətlərinin müqəddəs tacqoymo mərasimi ilə əlaqədar pul və ya torpaq ianələri şəklində yeni məktəblər yaratmağı, yaxud da mövcud məktəbləri genişləndirməyi xahiş edim.
Bunu nəzərə alaraq, böyük xeyriyyəçiliyi və xalq təhsilinin yayılmasında təəssübkeşliyi hamıya məlum olan bir şəxs kimi Sizə aşağıdakı xahişdə müraciət edirəm: 1) bütün Rusiya üçün qarşıdan gələn sevincli hadisənin şərəfinə Bakıda müsəlman qızlar üçun məktəb təsis edəsiniz. Həmin məktəb Xalq Maarif Nazirliyinin bir və ya ikisinifli məktəblərinin kursuna müvafiq olmalı, bürada müsəlman ailəsinin ehtiyaclarına uyğun əl işi və evdarlıq tədris olunmalıdır. 2) imperiyada hələlik yeganə olacaq Bakı müsəlman qız məktəbinin təsisinə razılığınız alındığı təqdirdə, o, İmperatorun qızı, Ülyahəzrət Böyük Knyaginya Olqa Nikolayevnanın şərəfinə “Olqinski” adlandırılsın.
Cənab Qafqaz Tədris Dairəsinin hamisinə vaxtında məlumat verməyim üçün Sizdən mümkün qədər tez öz fikrinizi bildirməyi xahiş edirəm”.
22 mart 1896-cı il
***
Birinci gildiya Bakı taciri H.Z.A. Tağıyevin Qafqaz Tədris Dairəsinin hamisi K. P. Yanovskiyə məktubu:
“Əlahəzrət imperatora dərin sədaqət hisslərindən irəli gələrək, mən istəkli monarxlarını ruhən və cismən sevən əsl rus adamlarının həmişə etdiyi və etməli olduqları kimi, imperator həzrətlərinin gələcək müqəddəs tacqoyma mərasimini xeyriyyə işi ilə qeyd edərək, öz vasaitim hesabına Bakıda rus-müsəlman qız məktəbini yaratmaq qərarına gəldim. Mən, nəzdində lazımi xidmətləri və şəraiti olan məktəb binasının tikintisinə iyirmi beş min rubl və ayrıca olaraq yüz iyirmi beş min rubl ianə ayırıram ki, sonuncu məbləğdən əldə olunan beş min rublluq faiz məktəbin saxlanılmasını təmin edəcəkdir. Özümə belə bir ümid verirəm ki, müvafiq rəhbər qurumlar həmin məktəbə imperatriçə Aleksandra Fybdorovnanın adının verilməsi barədə lazımı qaydada Ali icazənizi ala biləcəklər.
Təsis etdiyim rus məktəbi Qafqaz Tədris Dairəsinin yerli birsinifli məktəblərinin nümunəsində olmalı, eləcə də nəzdində müsəlman ailəsinin tələbatlarına uyğun əl işirinin və evdarlığın tədris olunduğu əlavə dördüncü sinif açılmalıdır.
Məktəbin nəzdində ən azı 20 şagirdlik pansion olmalıdır. Bütün şagirdlər, eləcə də müdirə, Azərbaycan dili, şəriət, rus dili və digər fənn müəllimələri mütləq müsəlmanlardan ibarət olmalıdır. Hamilər Şurasına daxildir: məktəbin təsisçisi (o, Şuranın üzvü və məktəbin fəxri hamisi qismində ömürlük qalır, vəfat etdiyi halda işə bu huquqlar irsən onun böyük oğluna, ondan isə enən qohumluq xətti ilə yaşca böyük varislərə keçir); şəhər başçısı; quberniya qazısı, Xalq məktəblərinin müdiri, yerli Marinski qadın gimnaziyasının müdirəsi, Bakı şəhər dumasının üç fəxri müsəlman üzvü və ya şəhər sakinlərindən digər fəxri müsəlmanlar.
Məktəb personalının ştatı və məktəbin saxlanılmasına tələb olunan xərclər əlavə olunur.
Müsəlmanların rus mədəni həyatından təcrid olunması islamın ehkamçı prinsipləri ilə möhkəmlənir. İslamın özü isə, hal-hazırda nəinki şərqşünas-filosafların, habelə xristian dinşünas-yazıçıların da etiraf etdiyi kimi, əslində şəriətə bəzi Asiya xalqlarının adət və ənənələrinin əlavə olunduğu incil-yevangelik təkallahlığının xüsusi formasından başqa bir şey deyil. Bu uydurma dini adət-ənənələrin istinadgahı isə müsəlman qadınının qapalılığı və onun öz insanı hüquqlarını dərk etməməsidir.
Müsəlmanları rus sivilizasiyasına yiyələndirmək üçün onları məktəb təhsili vasitəsilə öz ayrılmaz insan hüquqlarını dərk etdirməyə çatdırmaq lazımdır. Gələcəkdə burada böyük mədəni vəzifəni yerinə yetirməli olacaq mənim təsis etdiyim məktəb məhz bu məqsədi güdür. Lakin o, müsəlman cəmiyyətinə aşılansın və minlərlə belə məktəbi həyata gətirsin deyə, gərək rəhbərlik bu məktəblərdə dövlət dilinə lazımı yer ayırmaqla yanaşı, xalqa əyani və aşkar faktlarla sübut etsin ki, həmin məktəbin şagirdlərinə doğma dili səviyyəli, fanatizmdən azad şəkildə tədrisini dəstəkləyir.
Mənim qəti qənaətimə görə (bunu müsəlman həyatı ilə yaxşı tanış olan bütün savadlı rus və müsəlman dostlarım bölüşür), məktəbimin yalnız nəzərdə tutduğum plana uyğun yaradılması bu cür faktlardan biri ola bilər. Planlaşdırılan qız məktəbinin təsisinə icazə alınan kimi, mən həmin anda bütün lazımı xidmətlər və avadanlıqla təchiz olunmuş məktəbin tikintisi üçün Bakı şəhər idarəsinə 25 min rubl köçürəcəm və tikinti ilə şəxsən məşğul olacağam. Tikinti işləri tam başa çatdıqdan və məktəb açıldıqdan sonra dərhal şəhər idarəsinə dövlət faiz kağızları və ya nağd pulla 125 min rubl köçürəcəyimi öhdəmə götürürəm.
Bu fikirlərimi ehtiramla Zati-alinizin diqqətinə çatdıraraq xahiş etməyi özümə şərəf bilirəm ki, əgər adı çəkilən məktəbin dediyiniz əsaslarla yaradılması planını bəyənsəniz, onda onun nəzərdə tutulan qaydada təsis olunması və məktəbə İmperatriçə Aleksandra Fyodorovnanın adının verilməsi barədə vəsatət qaldırasınız.
Dərin və yüksək ehtiramla. Zati-alinizin tam sadiq, acizanə qulluqçusu H. A Tağıyev.
24 aprel 1896-cı il”
***
Qafqaz Tədris Dairəsinin müfəttişi M. K. Zavadskinin H. Z. A. Tağıyevə məktubu:
Zati-aliləri Hacı Zeynal Abdin!
Sizin 24 aprel tarixli məktubunuza cavab olaraq bildirirəm ki, cənab Dairə hamisi məktubunuzda irəli sürülən fikirləri tam bölüşərək və məktəbin açılması üçün təklif edilən planın tatar (həmin dövrdə çar Rusiyası Azərbaycan türklərini tatar adlandırırdı - R.S.) qadınlarının təhsili üçün xeyirli olduğunu nəzərə alaraq, məni Zati-alinizə bildirməyi müvəkkil etmişdi ki, hami Sizin tərəfinizdən məktəbin saxlanılmasına 150000 rublun köçürülməsi haqqında məlumat aldıqdan dərhal sonra xahiş etdiyiniz vəsatəti qaldıracaq.
İşin təxirəsalınmaz olduğunu və imperator Həzrətlərinin müqəddəs tacqoyma gününün yaxınlaşdığını nəzərə alaraq, cavabı tezləşdirməyi xahiş edirəm.
Dərin ehtiram və sədaqətlə, acizanə qulluqçunuz M .Zavadski.
25 aprel 1896-cı il.
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |