01.06.2017 [10:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Artıq bu quruma inteqrasiya etməyin tam vaxtıdır”
Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun ilə görüşüb. Görüş əsnasında NATO-Azərbaycan əməkdaşlığı ətraflı müzakirə olunub.
Maraqlıdır, artıq NATO-ya tam olaraq inteqrasiya etməyin vaxtı deyilmi? Azərbayca bu qurumla münasibətləri daha da dərinləşdirmək istiqamətində konkret addımlar atmalıdırmı?
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev bu istiqamətdə daha ciddi addımlar atmağın zəruriliyini vurğuladı:
“Mən ÜAK ləğv ediləndə parlamentdəki çıxışımda da bildirdim ki, Azərbycan Gürcüstan və Baltikyanı ölkələrin tutduğu yolu tutmalıdır. Azərbaycan NATO-ya tamamilə inteqrasiya haqqında düşünməlidir. Silah-surasatı da NATO dövlətlərindən almalı, modern ordu qurmalıdır. Doğrudur, bizim ordumuz çox güclüdür, lakin silahlarımızın bir hissəsi Rusiya silahlarıdır. Rusiya isə mütəmadi surətdə Ermənistanı silahlandırır.
Hesab edirəm ki, ölkəmizin NATO-ya daha dərin inteqrasiyası faydalıdır. Həm konkret olaraq müttəfiqlərimiz müəyyən olunar, həm də orduda ciddi yenilənmə baş verər. Biz balanslı siyasət yürütməklə Rusiyadan adekvat davranış görmürük.
Əsinə, Rusiya Ermənistanı silahlandırır, KTMT timsalında da bizi təhdid edirlər və s. Hesab edirəm ki, NATO-ya inteqrasiyanın tam vaxtıdır”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |