Şrift:
Azərbaycan və Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlıq sənədi imzalanıb
02.05.2012 [12:42] - Türk dünyası-Turan
Qırğızıstanın paytaxtı Bişkek şəhərində gənclər və idman nazirinin müavini İntiqam Babayev və Qırğızıstanın gənclər, məşğulluq və əmək naziri Aliasbek Alimkulov arasında görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, görüşdə 2012-2013-cü illəri əhatə edən tədbirlər planı haqqında sənəd imzalanıb.

Tədbirlər planına Qırğızıstanda Azərbaycan, Azərbaycanda qırğız gənclərinin günlərinin keçirilməsi, əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə "Dostluq düşərgələri”nin yaradılması, müxtəlif sərgilərin, treninqlərin, dəyirmi masaların, daimi telekörpülərin keçirilməsi və s daxildir.
Bu xəbər oxucular tərəfindən 1278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed