Şrift:
Türkiyədə deputat 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
01.06.2017 [10:31] - Hüquq
Türkiyə parlamentinin terrorla bağlı istintaq çərçivəsində saxlanılan deputatı Besimə Qönçə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi Batman Ağır Cəza Məhkəməsində keçirilib.

Prokuror kifayət qədər dəlillərin olduğunu bildirib və məhkəmədən deputatın azadlıqdan məhrum edilməsini xahiş edib. Besimə Qönçənin özü isə ittihamları rədd edib və bəraət istəyib.

Çıxışlardan sonra məhkəmə Besimə Qönçənin terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, Xalqların Demokratik Partiyasından deputat seçilən Besimə Qönçə daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluğun protestindən sonra yuxarı instansiya məhkəməsi onun yenidən həbsinə qərar vermiş və Besimə Qönçə mayın 29-da hava limanında tutulmuşdu.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed