02.05.2012 [14:15] - Hadisə
İrəvanda analar övladlarını Qarabağa göndərmək istəmir; ötən il Azərbaycanın işğal altındakı ərazilərində intihar edən əsgərin valideyni “mənim oğlum ora nə əsasla göndərilib ”sualına Müdafiə Nazirliyindən mücərrəd cavab alıb
Ermənistanda əsgər valideynlərinin övladlarının Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərilməsinə və orada öldürülməsinə görə dəfələrlə etirazlar təşkil etdiyi məlumdur. Epress.am erməni saytının yazdığına görə, 2011-ci ilin fevral ayında övladı Qarabağdakı hərbi hissələrdən birində həlak olmuş əsgər Torqom Saruxanyanın valideyni, Gümrü sakini Lena Saruxanyan Ermənistan vətəndaşının "Dağlıq Qarabağ Ordusu"na məcburi xidmətə göndərilməsini qanunsuz adlandıraraq hakimiyyətdən izahat tələb edib. L.Saruxanyan Müdafiə Nazirliyinə, baş nazirə, hərbi prokurora və ombudsmana məktub ünvanlayaraq, hərbi xidmətə çağırılmış Ermənistan vətəndaşlarının nə üçün Qarabağa xidmət etməyə göndərildiyinə cavab istəyib. Ermənistan ombudsmanının məsələ ilə bağlı müdafiə nazirinə göndərdiyi müraciətə nazir Seyran Ohanyanın cavabı mücərrəd olub. Nazir cavab məktubunda bildirib: "Gümrü şəhər sakini, Ermənistan vətəndaşı Torqom Saruxanyanın Dağlıq Qarabağda məcburi hərbi xidmət keçməsi Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətindən kənardır".
***
Hərbi prokurorun göndərdiyi cavabda isə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Ermənistan Respublikasının müdafiəsində iştirak etməyə məcburdur. "Hərbi xidmət haqqında" Qanuna görə, 18-27 yaş arası vətəndaşlar Ermənistanın silahlı qüvvələri sıralarında məcburi xidmət etməlidirlər. Verilən cavabları əsas götürən valideyn ermənistanlı gənclərin Qarabağa göndərilməsinə qarşı kampaniya başlatmağı düşünür. Məlumatda bildirilib ki, Ermənistan rəsmi səviyyədə özünü Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı elan edib. Eyni zamanda İrəvan rəsmi səviyyədə Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Erməni hüquq-müdafiəçiləri tərəfindən ötən ilin fevral ayında yerli KİV-ə verilmiş məlumata görə, əsgər T. Saruxanyan yoldaşları və zabit tərəfindən cinsi təcavüzə məruz qaldığı üçün intihar edib. Xatırladaq ki, erməni insan haqları müdafiəçiləri dəfələrlə Qarabağda yerli əsgərlərin Ermənistandan gətirilən çağırışçılara qarşı zorakı, alçaldıcı rəftarına dair hesabatlar yayıblar. Ermənistanın öz vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərməsi Azərbaycan ərazilərinin bu ölkə tərəfindən işğal edildiyini təsdiqləyən hüquqi dəlildir. Bugünlərdə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistandan tələb edilirdi ki, öz vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərməyi dayandırsın.
***
Bu arada Ermənistanda parlament seçkisi ərəfəsində Azərbaycanla sərhəddə və cəbhənin Qarabağ istiqamətində gərginlik də qalmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 09.30-dan 09.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.20-dən 16.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.05-dən 14.20-dək və 18.05-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Ağbulaq kəndlərində yerləşən mövqeləri, saat 18.15-dən 18.20-dək və 22.30-dan 22.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qaymaqlı kəndlərində yerləşən mövqeləri atəşə tutublar. Erməni hərbiçilər həmin gün saat 19.30-dan 19.35-dək və mayın 1-də 04.35-dən 04.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
***
Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətində erməni qüvvələri 3 əsgərini itirib. Ermənistan KİV-ləri hazırda Azərbaycanla sərhəddə gərginliyin artması ilə bağlı təbliğatı davam etdirirlər. Hakimiyyətin təbliğat maşını seçkilərə bir neçə gün qalmış ictimaiyyətin və əhalinin bütün diqqətini Azərbaycanın guya Ermənistandakı seçkilərdən sonra yarana biləcək qarışıqlıqlardan istifadə edərək hərbi əməliyyatlara başlayacağı təhlükəsinə yönəltməyə çalışır. Hətta erməni mediası və ekspertləri də bildirir ki, bu hay-küydə əsas məqsəd ötən prezident seçkilərində olduğu kimi, diqqəti müharibə təhlükəsinə yönəldərək səsvermə nəticələrinin saxtalaşdırılmasına qarşı mümkün etirazları neytrallaşdırmaqdır.
***
Aprelin 30-da ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi qoşunların təmas xəttinin Qazax istiqamətində erməni tərəfinin şikayəti əsasında monitorinq keçiriblər. Ermənistan KİV-ləri xəbər verir ki, ATƏT sədrinin monitorinqi aparan səhra köməkçilərini bu ölkə silahlı qüvvələri baş qərargahının təmsilçisi polkovnik Andranik Mkrtumyan müşayiət edib. O, səhra köməkçilərinə deyib ki, ilin əvvəlindən Azərbaycan tərəfi bu istiqamətdə atəşkəsi 4600 dəfə pozub: “Biz bu hallara cəmi 450 dəfə cavab vermişik, yəni 10 dəfə az”. Erməni polkovnik Azərbaycan tərəfini həmsərhəd kəndlərdə uşaq bağçasını və digər mülki obyektləri də atəşə tutmaqda günahlandırıb. Şuşanın işğalına rəhbərlik edən “komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan isə “Armenia Today”a müsahibəsində deyib ki, Azərbaycan diversantlarına cavab verilməlidir və bu məqsədlə lazım olsa, iki ölkə sərhədinin zəif nəzarət olunan hissələrindən istifadə edilməlidir.
***
Ter-Tadevosyan iddia edir ki, guya Azərbaycan tərəfi son atışmalarla Ermənistan prezidentinin mövqelərini zəiflətməyə çalışır. “Yəni bu hərəkətlər dolayısı ilə Ermənistanda indiki hakimiyyətə qarşı çıxanlara dəstəkdir” deyə o bildirib. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin əsas təbliğat tezisi məhz budur və Sərkisyan müxalifəti və seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxmaq niyyətində olanları bu cür şantaj etməkdədir. Məsələ burasındadır ki, Sərkisyanın partiyası oliqarx Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası tərəfindən ciddi rəqabətlə üzləşib. Müxalif elektorat isə keçmiş prezident Levon Ter-Petrosyanın ətrafında cəmlənib. Əgər Sərkisyanın partiyası bu seçkilərdə parlamentdə yerlərin yarıdan çoxunu əldə edə bilməsə, onun gələnilki prezident seçkilərində hakimiyyət başında qalması çətin olacaq. Belə vaxtda Ermənistan hakimiyyəti Azərbaycanla cəbhə xəttində gərginliyi artırmağa yönələn təxribatlar təşkil edir, əhalini müharibə təhlükəsi ilə qorxudur.
***
Gələn ay isə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda “prezident seçkiləri” keçiriləcək. Xəbərlərə görə, Qarabağdakı separatçı erməni rejimi üçün də “seçkilər” asan keçməyə bilər. Rejimin indiki rəhbəri Bako Saakyan namizədliyini ikinci müddətə irəli sürüb. Hələlik ona cəmi bir rəqib var-Qarabağın “müdafiə naziri”nin keçmiş müavini, general Vitali Balasanyan. Balasanyan 53 yaşındadır, Əsgəran rayonunda anadan olub və Qarabağdakı erməni qüvvələri arasında indi də yaxşı nüfuzu var. Namizədlərin qeydə alınması üçün müddət mayın 5-də başa çatır. Əgər yeni namizəd olmasa Balasanyan KQB agenti kimi tanınan və Rusiyanın adamı sayılan B.Saakyanın yeganə rəqibi olacaq. Dağlıq Qarabağdakı erməni əhalisinin Saakyanın qurduğu KQB rejimindən cana doyduğu barədə xəbərlər var, mümkündür ki, “seçkilərdən” sonra işğal altındakı ərazilərdə də çaxnaşmalar başlayacaq. Bu çaxnaşmalardan yayınmaq üçün də əsas vasitə təmas xəttində gərginliyi artırmaq ola bilərdi.
Fərhad MƏMMƏDLİ

Bu xəbər oxucular tərəfindən 1346 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |