01.06.2017 [11:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin Milli Məclisin 31 may 2017-ci il tarixində keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı etdiyi çıxışın tam mətnini və səs yazısını təqdim edirik:
"Hörmətli kolleqalar və hökumət üzvləri,hesabatla tanış oldum və əksər məqamlarla razıyam.Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və Azərbaycan Respublikasının Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layiyəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı və təkliflər qane edicidir. Hesabatdakı bir neçə məqama toxunmaq və münasibət bildirmək istəyirəm.
-Hesabatdan göründüyü kimi çətinliklərimizin bir qisminin dünyada neftin qiymətinin ucuzlaşması ilə bağlayıbdırlar. Bu qlobal problemdir,bizə də təbii ki ,təsiri vardır.Ona görə də bundan sonra da büdcədə təbii resursdan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin pessimist ssenari üzrə müəyyən edilməsini iqtisadi artımın stimullaşdırılması məqsədilə kompleks tədbirlərin keçirilməsini təmin etməliyik. Bu yanaşmanın prioritet olması vacibdir.
-Azərbaycan Respublikasında ÜDM daha çox investisiyaya köklənmiş inkişafı xarakterizə edir. Bu siyasət nəticəsində 2016-cı ildə investisiyanın ÜMD-də payı artmışdır.Amma bu nəticə qane edici sayıla bilməz və təbii resursların ucuzlaşdığı dövrdə artırılması qaçınılmazdır.
-Ticarət əməliyyatlarının həcmi azalıb, idxal həcmi isə artmışdır. Amma biz idxalı azaltmalı, ixracı artırmalı idik.
-İdxalın strukturunda ərzaq məhsullarının payı yenə də çoxdur. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.Görünür yenə də gömrükdə avtonom taariflərin tətbiq olunması ilə və digər üsullarla ölkə daxildə istehsal olunan məhsulların kənardan idxalını minimuma endirməliyik.
-Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı yenə də az olub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı daha çox olub.
Bu isə istehsalçı və ixracatçı özəl sektorun arzulanan səviyyəyə çatmaması deməkdir.Biz daha çox istehsalın artmasında maraqlı olmalıyıq.
- Hesabatdan görünür ki ,hələ də bir çox rayonlar dotasiya ilə yaşayır ,əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla,buna son qoymaq lazımdır,çünki elə rayonlar var ki ,onların potensialı imkan verir ki , nəinki dotasiya alsınlar,hətta büdcəyə əlavə gəlir gətirsinlər. Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla,bölgələrin planlı iqtisadiyyatını qurmaqla həm idxaldan asılılıq minimuma endirilər, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilər.
-Kiçik və orta sahibkarların dövlət dəstəyinə daha rahat əlçatanlığına nail olmaq lazımdır . Nazirlər kabineti ,nazirlər səviyyəsində məsələlərə ciddi yanaşılsa da aşağı strukturlarda maneçilik və bürokratik əngəllər vardır.Bu maneçilikləri aradan qaldırmaq lazımdır.
-Ticarət tərəfdaşlarının seçiminə də yenidən baxmaq vacibdir. Məsələn ,Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatda da Rusiyadakı iqtisadi geriləmələr və siyasi vəziyyətlə bağlı göstərilir ki, buradakı vəziyyət, sanksiyalar ,rus rublunun vəziyyəti bizim də iqdisadiyyatımız və maliyyə bazarlarına təsirsiz ötüşmür.Ona görə də iqtisadi tərəfdaşlarımızla məsələyə yenidən baxmağın vacib olduğun düşünürəm.Təəsüf ki, vaxt azlığından bir çox məsələlərə toxunmaq imkanım olmadı,amma sonda Hökumətə çağırış etmək istəyirəm ki,problemli kreditlərlə bağlı məsələyə bir daha baxsınlar.
Təşəkkür edirəm."
Səs yazısını dinləmək üçün TIKLAYIN:

Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |