02.05.2012 [14:24] - Sosial
Aleksandr Rar: “Bu gün Avropa Birliyinin erməni qoşunlarının Qarabağ münaqişəsi zonasından çıxmasını tələb etməməsinin yeganə səbəbi odur ki...”
Avropa Parlamentinin Azərbaycan və Ermənistanla bağlı sonuncu qətnaməsi açıq şəkildə göstərdi ki, Avropa Birliyi Azərbaycanı dəstəkləyir. Almaniya Cəmiyyətinin Xarici Siyasətinin Rusiya və MDB üzrə Araşdırma Proqramının direktoru Aleksandr Rar bunu “Novosti Armenia” (news.am) saytına müsahibəsində söyləyib.
Aleksandr Rarın sözlərinə görə, bu gün Avropa Birliyinin erməni qoşunlarının Dağlıq Qarabağ münaqişəsi zonasından çıxmasını tələb etməməsinin yeganə səbəbi odur ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin bu münaqişənin tərəfləri arasında sülh yolu ilə həll edilməsinə çalışır: “Bu gün Cənubi Qafqazdakı münaqişələr hələ ki, Avropada xüsusi müzakirə olunmur. Əsas diqqət İranla müharibə təhlükəsinin artmasına yönəlib. Digər tərəfdən, Cənubi Qafqazda ABŞ-ın təsiri çox böyükdür. Bütün bunlara görə də Avropa Birliyi ATƏT-in Minsk Qrupu xətti ilə yaranmış vəziyyətlə bağlı sönük şəkildə narahatlığını bildirir”.

Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |