Şrift:
Güney Azərbaycan milli hərəkat fəalı Murtaza Muradpur ETTELAATa çağırılıb
02.05.2012 [15:30] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı fəal Murtaza Muradpur Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.2012-ci il aprelin 30-u ETTELAAT məmurları azərbaycanlı fəalı yaxalamaq üçün onun ata evinə gedib, evdə axtarış apardıqdan sonra onun atasına məhkəmə hökmünü göstəriblər. Hökmə əsasən Muradpur ETTELAATın Təbriz zindanındakı otağına (37-ci otaq) müraciət etməlidir.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i Milli Qiyamın ildönümü ilə bağlı keçirilən yürüşdə Təbrizin Elgölü parkında tutuqlanıb və 3 il həbsə məhkum edilib.Təxmin edilir ki, azərbaycanlı fəalın barəsində çıxarılan hökm onun 3 illik həbs qərarının icrası ilə bağlıdır.Qeyd edək ki, hazırda Murtaza Muradpurun qardaşı Fərdin Muradpur Təbrizin mərkəzi zindanında həbsdədir. Onun barəsində 3 illik həbs qərarı var.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed