Şrift:
Oruc tutanlar, iftarda və sahurda mütləq BUNU EDİN!
02.06.2017 [10:35] - Sağlıq
Ramazan ayında oruc tutanların ən çox çətinlik çəkdiyi məqam şübhəsiz ki, susuzluqdur.

Orucu açdıqdan sonra çoxları gün ərzində hiss etdiyi sususzluğu hazır meyvə suları ilə yatızdırmağa çalışır. Lakin tərkibinə kimyəvi maddələrin əlavə edildiyi meyvə suları və qazlı içkilər susuzluğu sakitləşdirmir, əksinə yanığını bir qədər də artırır.
Türkiyəli dietoloqlar sahurda və iftarda təbii şəkildə hazırlanan içkilərdən istifadə etməyi məsləhət görüb. Xüsusilə jenşen çayı, kəklikotu çayı, hindqozu suyu uzun müddət ac qalan orqanizm üçün faydalıdır.

Keçibuynuzu bəhməzi

Keçibuynuzu bəhməzi su içmək istəyini doğuran mədə yanğısı və mədə oksidləşməsinin qarşısını alır.

Jenşen çayı

Jenşen çayında da orqanizmdə su tutumunu təmin edən komponentlər mövcuddur.

Hindqozu Suyu

Hindqozu suyunun tərkibində bir çox elektrolit elementlər var. Xüsusilə yüksək natrium orqanizmin su itkisini qarşısını alır.

Qaysı çayı

Ramazan ayında susuzluğa yaxşı təsir edən içkilərədn biri də qaysı çayıdır.

Kəklikotu çayı

Kəklikotu çayı da jenşen çayı ilə eyni xassələrə malikdir və eyni təsiri göstərir.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed