03.05.2012 [11:48] - Gündəm, Diaspor
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycan prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmaçısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış ediblər. Konfransda Azərbaycan ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı və beynəlxalq sistemə inteqrasiyasının təmini üçün regiondakı mövcud münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildiriblər.

Bu xəbər oxucular tərəfindən 1389 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |