03.06.2017 [11:10] - Mədəniyyət, Bildiriş
21-23 iyun tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək "Hərb tariximizi öyrənək!" adlı sərgi Tarixi Muzeyi ilə AR Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birlikdə təşkil olunacaq.
Muzeydən bildirlib ki, sərginin məqsədləri Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq və hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri geniş ictimaiyyət, ilk növbədə gənclərlə tanış etməkdir.
2016-ci ildə iki qurum arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma əsasən müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Hərbi Akademiya tərəfindən Azərbaycan hərb tarixinə həsr olunmuş çoxsaylı kitablar, proqramlar, metodik vəsaitlər hazırlanıb. MATM tərəfindən son illərdə tariximizin şanlı səhifələrinə həsr olunmuş monoqrafiyalar, kataloqlar, məqalə topluları dərc edilib.

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |