Şrift:
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib
03.05.2012 [11:57] - Xəbərlər
Mayın 2-də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib. BMT-nin İnformasiya Mərkəzinə istinadən yayılan məlumata görə, iclasda Sudan və Cənubi Sudandan hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul olunub. Təhlükəsizlik Şurası tərəfləri razılaşdırılmamış məsələlərlə bağlı danışıqları başa çatdırmağa çağırıb, əks təqdirdə BMT bu ölkələrlə bağlı müvafiq tədbirlər görəcək.


Xartum və Djuba 48 saat ərzində bu tələblərin yerinə yetirilməsi ilə bağlı Afrika İttifaqı Komissiyasının sədrini və BMT Təhlükəsizlik Şurasının sədrini məlumatlandırmalıdır. Təhlükəsizlik Şurasının qətnaməsində silahlı qüvvələri öz sərhədlərinin hüdudlarına çəkmək, digər dövlətə qarşı çıxış edən üsyançı qruplaşmalara dəstəyi dayandırmaq, düşmənçilik təbliğatına son qoymaq kimi tələblər də yer alıb. Hər iki ölkə bu qətnamə qəbul olunduqdan keçən iki həftə ərzində danışıqları bərpa etməli və həllini tapmayan bütün məsələlər, o cümlədən neft məsələsi üzrə dialoq 3 ay ərzində başa çatmalıdır.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed