05.06.2017 [10:21] - Mədəniyyət
Ermənistan bu il “Köçəri” rəqsini qeyri-maddi mədəni irs kimi YUNESKO-nun siyahısına salmağa iddialıdır. Bu barədə mədəniyyət nazirinin müavini Arev Samuelyan məlumat verib.
“Bu il YUNESKO-ya müraciət edərək Ereruyk məbədinin maddi-mədəni irs siyahısına salınmasını təklif etmişik. Eyni zamanda, hər ölkə 2 ildən bir qeyri-maddi mədəni irsinin tanınması üçün YUNESKO-ya müraciər edə bilər. Bu il gündəlikdə təklifimizlə “Köçəri” rəqsi dayanır”.
Təkcə “Köçəri” rəqsi deyil, ermənilər zaman-zaman məşhur musiqilərimizi, rəqslərimizi öz adlarına çıxarmağa çalışıblar. Ermənilər bir növ qeyri-maddi mədəni irs sahəmizdə plagiatlıq işi ilə məşğul olurlar.
Erməni plagiatlığına qarşı necə mübarizə aparılır?
Ümumiyyətlə, erməni plagiatlığının geniş yayılmasına səbəb olan nədir?
Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.
Erməni plagiatçılığına qarşı hamılıqla mübarizə aparılmalıdır
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov erməni plagiatlığının yayılmasında daha məsuliyyətli addım atmağın tərəfdarı olduğunu bildirib.
“Demək olmaz ki, əqli mülkiyyətin, yaxud da, qeyri-maddi mədəni irsin qorunması sahəsində işlər görülmür. Təbii ki, uğurlu işlər çoxdur. Erməni plagiatlığına gəlincə, tariximiz, mədəniyyətimiz, mətbəximiz, musiqimiz, sənət əsərlərimiz ermənilər tərəfindən illərdir mənimsənilir. Bu istiqamətdə mənfur qonşularımız çox geniş işlər aparırlar. Hətta işğal altında olan torpaqlarımızda vaxtilə türklərin yaşadıqlarını inkar edirlər. Bu baxımdan bizim musiqilərimizi erməni xalq mahnıları kimi nümayiş etdirirlər. Bu, ən böyük həyasızlıqdır. Eyni zamanda, vaxtilə Qarabağda toxunan “Qasımuşağı” xalçası çox məşhur xalça növüdür. O xalçanın çox nadir nümunələrndən biri Türkiyənin Topqapı muzeyində saxlanılır. Bu xalçanın 50-dən çox nümunəsi var. Bu xalçalar nənələrimizin əl işləridir. Hətta xalçanın özünü belə ermənilər özününkü kimi təqdim edirlər. Halbuki, “Qasımşahı” sözünün ermənilərə heç bir aidiyyatı yoxdur.Erməni plagiatçılığına qarşı hamılıqla mübarizə aparmaq lazımdır. Əsasən gənclərimiz burada iştirak etməlidir. Digər bir məqam da var. Efirlərimizdə xalq və bəstəkar mahnılarımız çox az səsləndirilir. Ermənilər də bu məqamdan istifadə edib plagiatçılıqla məşğul olurlar. Eyni zamanda, erməni plagiatçılığına yol açan məsələ xalq mahnılarımızın yeni aranjimanda təqdim olunmasıdır. Belə olan təqdirdə ermənilər daha yaxşı xalq mahnılarımızı mənimsəməyə çalışırlar. Xalq mahnılarımız, muğamlarımız abidədir. Bu cür abidələrimizin üzərində qeyri-qanuni işlər aparılanda ermənilərin işinə yarayır. Hətta tanınmış bəstəkarlarımızın mahnılarını da çox vaxt bərbad günə qoyurlar. Mahnı ilk versiyasından çox uzaqlaşdırılır. Ermənilər də bundan yararlanırlar. Sonra sübut etmək çətin olur. Ona görə də bu cür həssas məsələlərdə çox diqqətli olmalıyıq”
Təcavüzə məruz qalan qeyri-maddi dəyərlərimiz
Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli Azərbaycanın əqli mülkiyyət sahəsinə də ermənilər tərəfindən ciddi zərbələr vurulduğunu xüsusi vurğulayıb.
“Qısa olaraq haşiyə çıxmaq istərdim. Bir nəfər olur. Oğurluq üstündə həbs olunaraq 3-5 il məhbus həyatı yaşayır. Həbsxanadan çıxandan sonra kimsə deyir ki, “deyəsən, bu oğrudur”. Sözümün canı odur ki, oğurluq adını qazanan bir xalqa yenidən “sən oğrusan” demək sadəlövhlükdür. Ermənistan bu mənada oğru adını qazanıb. Oğurluq ermənilərin genetik kodundadır. İllərdir ki, ermənilər bizim xalq və bəstəkar mahnılarımızı, xalçalarımızı oğurlamaqla məşğuldurlar. Bu düşmən xalqdır. Düşməndən hər şey gözləmək olar. O cümlədən, dünya ictimaiyyəti əqli mülkiyyətə biganə yanaşmır. Həmçinin, erməni plagiatçılığına qarşı Müəllif Hüquqları Agentliyi çox yaxşı mübarizə aparır”.
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Faiq Sücəddinov erməni plagiatlığından əziyyət çəkən bəstəkarlardandır. O, deyir ki, ermənilər bayağı musiqilərə toxunmurlar.
“Ermənilər palgiatlıq sahəsində də siyasət həyata keçirirlər. Özü də ara mahnılarımızı yox, xalq və bəstəkar mahnılarımızı mənimsəyirlər. Erməni plagiatçılığında ara musiqilərinə rast gəlmək olmaz. Azərbaycan musiqisi o dərəcədə zəngindir ki, onu mənimsəməyə çalışan xalqlar çoxdur. Amma ermənilər musiqilərimizi həyasızcasına mənimsəyirlər. 1997-98-ci illərdə Kiprdə idim. Mənim musiqim çalınanda Hayastan deyə qışqırırdılar. Bu da onların siyasətidir. Sözümüzü, mətbəximizi, zarafatımızı, adət-ənənələrimizi mənimsəyirlər. Hətta bu yaxınlarda Fikrət Əmirovun “Qarabağ syutası”nı öz adlarına çıxardılar. Bir bəstəkar olaraq mənim də bir çox mahnılarımı oğurlayıblar. Bu məsələdə Müəllif Hüquqları Agentliyi erməni plagiatlığına qarşı mübarizə aparır”.
Namidə BİNGÖL

Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |