05.06.2017 [10:31] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onları Vətənə xəyanət ittihamı ilə həbs edib, ən ağır cəzaya məruz qoymaq lazımdır”
Son zamanlar Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon”un fəallaşması müşahidə edilməkdədir. Yenə də ölkəmizin Rusiyaya birləşməsinin vacibliyi yönündə xəyanətkar fikirlər səslənməkdədir. Sosial şəbəkələrdə ara-sıra belə xain düşüncədə olanlara da rast gəlmək mümkündür.
Hətta iş o yerə çatıb ki, Milli Məclisin bəzi üzvləri, bəzi tanınmış şəxslərinin dilindən də bu yöndə mesajların verildiyinin şahidi oluruq. Sanki bu bədbəxtlər müstəqilliyimizin ən ali nemət olduğunu, tarix boyu Rusiyanın Azərbaycanın başına gətirdiyi bəlaları, ən azından ötən əsrin əvvəllərindən sonlarına qədər başımıza gətirdiyi müsibətləri unudublar. Nə qədər unutqan olasan ki, 25 il öncə 20% torpaqlarımızın məhz rusların hərtərəfli dəstəyi ilə ermənilər tərəfindən təcavüzə məruz qaldığını, Xocalıda rus alayının iştirakı ilə törədilən tarixi soyqırımı qulaqardı edəsən.
Amma görünən odur ki, bu xain qüvvələr rusların başımıza gətirdiyi sadalamaqla bitib-tükənməyən faciələri nəinki heçə sayır, hətta minlərlə şəhidimizin qanı hesabına əldə etdiyimiz dövlət müstəqilliyinin mövcudluğunu belə həzm edə bilmirlər. Dövlətin bu tipli xainlərə qarşı səbirli mövqeyi də ciddi müzakirələrə səbəb olub. Belə şəxslərin vətən xaini elan olunub, həbs olunması ilə bağlı çoxsaylı tələblər səslənməkdədir. Bu cür fikirlərin Azərbaycanda kök salmasında Rusiyanın rolunun yüksək olduğu, xüsusilə, son zamanlar belə fikrin tərəfdarların artmasının gələn il ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı olduğu da qeyd olunur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, son 200 ildə başımıza gələn müsibətlərin baiskarının Rusiya olduğunu unutmamalıyıq:
“Bizi daim imperiya siyasəti ilə əziblər. On, yüz minlərlə ziyalımızı, vətəndaşımızı məhv edib, bütün sərvətlərimizi talayıb, Vətənimiz iki hissəyə bölüblər. Bu günə qədər də ölkəmiz paramparçadır. Bir dövlətin istəkləri, strateji siyasəti ola bilər. Amma Azərbaycan tərəfdən kiminsə belə məsələlərə münasibət bildirməsi, Azərbaycanın müstəqilliyinə son qoyulması, vassala çevrilməsi kimi düşüncələr ağlının belə ucundan keçərsə, həmin şəxslər barəsində dərhal Vətənə xəyanət maddəsi ilə cinayət işi açılmalı, onlar ən ağır cəzaya məhkum olunmalıdırlar, hansı ranqda olmalarından asılı olmayaraq - istər deputat olsun, istər hakimiyyətin hansısa strukturunda təmsil olunsun, istərsə də, müxalifətdə olsun. Ölkəmizə qarşı Rusiyanın mütəmadi şəkildə hansı mövqedə olduğu ortadadır. Azərbaycan tərəfi birmənalı şəkildə nə qədər xoş münasibət göstərsə də, əməkdaşlıqda maraqlı olduğunu büruzə versə də, əməldə Rusiya ilə yaxşı münasibətləri sübut etsə də, xeyri yoxdur. Burada həm də Rusiyanın cənubuna investisiya qoyuluşunu, orada məktəblərin tikilişini nəzərdə tuturam. Onlar Neft Fondumuzun vəsaitlərini qəpik-quruşa çevirdilər. Buna Milli Məclisdə öz etirazımı kəskin şəkildə bildirmişəm. Xoş münasibətlərimizin fonunda Rusiya ölkəmizə qarşı ”Milyarderlər ittifaqı"nı yaratdı, ardınca Milli Şuranı yaradaraq, ölkəmizi dağıtmağa çalışdı. Azərbaycanlıların Ümumrusiya Konqresini heç bir əsas olmadan ləğv etdi. Mütəmadi olaraq, xarici işlər naziri və başqa dövlət məmurları səviyyəsində Azərbaycana qarşı bəyanatlar verdi. Ermənistanın arxasında dayandı, onları silahlandırdı. Bu siyahını uzatmaq da olar. Son zamanlar Azərbaycanın konkret dostlarını müəyyən etməsinin, Qərb institutları ilə əlaqələrini yüksək səviyyədə qurmasının, Amerika ilə münasibətlərin normal hala salmasının, NATO ilə əlaqələri inkişaf etdirməsinin fonunda Rusiya ölkəmizi bu qədər güclü görmək istəmir. Bütün bunların fonunda Rusiyanın münasibəti aydındır. Azərbaycan tərəfi bu istiqamətdə müəyyən işlər görməlidir. “5-ci kolon”dan yenə də istifadə etmək istəyəcəklər. Parlament və başqa strukturlarda Rusiyaya birləşmək yönündə sərsəm fikirlər olacaqsa, bir daha deyirəm, həmin insanları Vətənə xəyanət ittihamı ilə həbs edib, ən ağır cəzaya məruz qoymaq lazımdır. Bu işləri Rusiya qurur. Onların burada agent şəbəkəsi var. Son vaxtlar onların ordumuzun içərilərinə sızmalarını gördük. Buradakı şəbəkə mütəmadi olaraq, bu işlərlə məşğuldur. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Rusiya bu gün iflas həddinə çatmış, getdikcə vəziyyəti pisləşəcək bir dövlətdir. Heç bir qonşusu ilə yaxşı münasibətləri qalmayıb. Dünyada da heç bir dövlətlə normal münasibətləri yoxdur. Belə vəziyyətdə ətrafındakı münaqişələrin həll olunmamasına çalışır. Bu yolla həmin ölkələri təzyiq altında saxlamaq, Ermənistan kimi təsir dairəsində saxlamaq istəyir. Bu dövlətlərarası bir müharibədir. Biz özümüz toparlanmalıyıq. Rusiyanın gücünü o qədər də böyütməyə ehtiyac yoxdur. Əgər biz daxildə ciddi şəkildə toparlansaq, nə Rusiya, nə də başqa dövlətlər ölkəmizin müstəqilliyinə xələl gətirə bilməzlər".
Deputat prezident İlham Əliyevin bu yöndə Respublika Günündəki çıxışında bəzi mesajları verdiyini də qeyd etdi: “Əlbəttə bunlar təzyiqlərdir. Amma Respublika Günü ilə bağlı prezidentin çox parlaq çıxışı oldu. O çıxışı ciddi şəkildə dəstəkləyirəm. Bu çıxış milli iradəmizə kifayət qədər köklənmişdi. Burada ölkəmizin sağlam müxalifətinin də rolu böyükdür. Radikal müxalifət başqa dövlətlərin əlinə oynayır. Bu gün normal müxalifət var. Mövcud situasiyanı dəyişmək gücündəyik. Rusiya ÜAK-ı onun üçün ləğv etdi ki, ələbaxan bir qurum yaratsınlar. Hazırda Azərbaycana qarşı qurulan ssenariləri, təzyiq planlarını birlikdə poza bilərik”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |