03.05.2012 [12:19] - Diaspor
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Dubayın rəsmi dairələrini məlumatlandırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Davam.az”a daxil olan məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində AUGAF - Milli, Xeyriyyəçilik və İslam Məsələləri üzrə nazirliyin məsul əməkdaşı Məhəmməd Matar Əl-Zahiri ilə görüşüb. Nazirliyin digər rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində buraxdığı dəhşətli və faciəvi izlər, o cümlədən Şuşanın işğalı barədə ətraflı məlumat verilib. Samir İmanov Xocalı soyqırımı haqqında da məlumat verərək bu faciəni əsrin ən böyük cinayətlərindən biri kimi səciyyələndirib. S.İmanov AUGAF rəhbərliyinə Şuşa şəhərinin qədim tarixindən, onun füsunkar təbiətindən bəhs edib, onlara Şuşa haqqında yazılmış ədəbiyyat nümunələrini, habelə İrəvan xanlığının (indiki Ermənistanın paytaxtı) da yaxın zamanlara qədər Azərbaycan ərazisi olması haqda məlumat verib və AUGAF nümayəndələrinə bu barədə faktları təsdiqləyən çoxlu sayda material təqdim edib. Daha sonra “Azərbaycan” Cəmiyyətinin sədri xronoloji ardıcıllıqla erməni işğalçılarının Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu zəbt etməsi barədə danışıb. Ermənilərin tarixi Azərbaycan torpaqlarına sonradan və hansı şəraitdə köçürülməsi barədə ətraflı danışan S.İmanov AUGAF nümayəndələrini Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, xalqımıza məxsus tarixi-mədəni, dini abidələri, məscidləri və qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktları, yni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi haqda məlumatlandırıb. O “Armenian terror”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, ingilis dilində nəşr olunmuş Azərbaycan həqiqətlərindən ibarət “Azərbaycan 1917-1920-ci illərdə” kitabı, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Prezident Administrasiyası tərəfindən bir neçə dillərdə hazırlanmış kitabın ərəbcə nüsxəsini AUGAF rəhbərliyinə təqdim edib.
Görüşdə BƏƏ rəsmilərinə həmçinin Azərbaycan Respublikasının bu günkü sürətli iqtisadi inkişafı, dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə Azərbaycanın may ayının 1-dən BMT TŞ-na sədrliyə başlaması və beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, Azərbaycan diasporunun güc və söz sahibinə çevrilməsi barədə də geniş məlumat verilib. Sonda S.İmanov mayın 22-də Azərbaycanda başlayacaq Eurovision 2012 mahnı müsabiqəsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu nüfuzlu müsabiqəyə verdiyi dəstək barədə də ətraflı məlumat verib. Görüş iştirakçıları verilən ətraflı məlumata görə Samir İmanova təşəkkür edib, dəvət olunarlarsa məmnuniyyətlə müsabiqəni izləmək və Azərbaycanı daha yaxından tanımaq arzusunda olduqlarını bildiriblər. AUGAF nümayəndələri S.İmanovla aralarında keçirilən ilk görüşdən sonra 2011-ci ildə Qarabağ qaçqın və məcburi köçkünlərinə BƏƏ-də qeydiyyatdan keçmiş xeyriyyə cəmiyyətləri vasitəsilə 4 mln.dirhəmdən artıq ($1,2 mln.) yardım edildiyini xatırlatıblar. AUGAF nümayəndələri bu kimi yardımların hazırda da davam etdiyini qeyd edərək belə görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə öz tövhəsini verdiyini vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |