Şrift:
Azərbaycanda xarici serialların yayınını dayandırdı
03.05.2012 [12:45] - Gündəm
Aəzrbaycan Milli Radio və Televiziya Şurasının aldığı qərara görə, 1 Maydan etibarən Azərbaycanın milli kanallarında Rusuya, Türkiyə, Braziliya, Hindistan kimi dəyişik ölkələrdə çəkilən serialların nümayiş olunması qadağan edildi.

Milli Radio və Televiziya Şura Başçısı Nuşirevan Meherremli, daha əvvəl mətbuata verdiyi şərhdə, söz mövzusu qərarın, Azərbaycandakı gənc nəsilin milli şüurla yetişdirilməsi məqsədiylə alındığını ifadə etmiş idi. Meherremli, bu qaydanın filmlər üçün tətbiq olunmayacağını təkcə seriallar üçün etibarlı olacağını vurğulamışdı.
Meherremli, öz seriyallarını çəkmələri üçün milli kanallara 300 min manat kömək edildiyini ifadə etmiş idi.
Bakı Dövlət Universiteti Jurnalistika Hissəsi Zeynal Memmedli isə qərarın tətbiq olunması üçün hələ erkən olduğunu və Azərbaycan kanallarının bu qərara hazır olmadığını ifadə etdi. Azərbaycanda yerli serial istehsalı üçün yetişmiş kafi ədəddə rejissor, kameraman və ssenari yazıçısı olmadığına işarə edərək, Azərbaycan kanallarında uzun bir müddət serial böhranı yaşanacağını müdafiə etdi.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed