Şrift:
Qafqaz Müsəlmanları İdarəsi və Türkiyənin Dini İşlər İdarəsi arasında birgə bəyannamə imzalanıb
14.10.2011 [16:43] - Gündəm
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Türkiyənin Dini İşlər İdarəsi arasında birgə bəyannamə imzalanıb. Bəyannaməyə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz imza atıb.

Bəyannamədə hər iki dini qurum arasında bir sıra məsələlər üzrə razılığa gəlinib.
Sənəddə o cümlədən qardaş ölkələrin milli və dini dəyərlərinə, ənənəvi İslamın əxlaqi prinsiplərinə uyğun olmayan zərərli dini cərəyanların yayılmasının, Qafqazda, Balkanlarda və Anadoluda daxili səbatsızlığa yol açan separatçı qüvvələrin, terrorçu təşkilatların, vətəndaş qarşıdurması yaradan bölücü hərəkatların ideoloji təbliğatının qarşısının alınmasında müştərək səylərin davam etdirilməsi və birgə əməkdaşlığın gücləndirilməsi barədə razılaşma yer alıb.
Həmçinin hər iki qurum arasında dini ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, habelə İmam, Axund və vaizlərin təcrübə mübadiləsinin təşkilinin fəallaşdırılması qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 1711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed