08.06.2017 [09:11] - Gündəm, Mədəniyyət
İndi gözlülərin çoxu gözsüzdür,
İndi sözlülərin çoxu sözsüzdür.
İndi göz işığı qəhətə çıxıb,
İnan. İnanmasan, gözünü süzdür.
İndi keçmişini öyrənən yoxdur,
İndi keçmişini gizlədən çoxdur.
İndi sarımsaqla sarmaşıq birdir,
Əyilmə,alçalma, bir azca tox dur.
Asmaqla,kəsməklə öyünənlər var,
Kiməsə od qoyub,sevinənlər var,
Hamı etinasız,hamı biganə,
Hələ də boş yerə deyinənlər var.
İndi salamı da güclə alırlar,
Guya şairdirlər, fikrə dalırlar.
Mobildə qənaət:"Hardasan?"- ilk söz,
Vallah bu adamlar nadan qalırlar...
İndi hər məfhumun vardır yüz adı,
İndi bəzi sözün azalıb dadı.
"İnsanlar düz olun,düz adam olun"
Yaxşı ki yadımdan bu söz çıxmadı.
İndi sözlülərin çoxu sözsüzdür.
İndi göz işığı qəhətə çıxıb,
İnan. İnanmasan, gözünü süzdür.
İndi keçmişini öyrənən yoxdur,
İndi keçmişini gizlədən çoxdur.
İndi sarımsaqla sarmaşıq birdir,
Əyilmə,alçalma, bir azca tox dur.
Asmaqla,kəsməklə öyünənlər var,
Kiməsə od qoyub,sevinənlər var,
Hamı etinasız,hamı biganə,
Hələ də boş yerə deyinənlər var.
İndi salamı da güclə alırlar,
Guya şairdirlər, fikrə dalırlar.
Mobildə qənaət:"Hardasan?"- ilk söz,
Vallah bu adamlar nadan qalırlar...
İndi hər məfhumun vardır yüz adı,
İndi bəzi sözün azalıb dadı.
"İnsanlar düz olun,düz adam olun"
Yaxşı ki yadımdan bu söz çıxmadı.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
07.06.2017.
Azərbaycan Respublikasının əməkdar müəllimi.
07.06.2017.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |