Şrift:
Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib
08.06.2017 [10:27] - İslam dini
Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Nurməhəmməd Rəsul oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, din xadimi QMİ Qazılar Şurasının müqəddəs Ramazan ayı ilə bağlı 24.05.2017-ci il tarixli fətvasının tələblərini kobud şəkildə pozduğu üçün işindən kənarlaşdırılıb.
QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı müvafiq əmr imzalayıb.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed