08.06.2017 [10:29] - Mədəniyyət
İsrailin tanınmış pianoçusu Dorel Golan Bakıya gəlib.
Xanım pianoçu konsertdən əvvəl keçirdiyi mətbuat konfransında Bakıda olmaqdan məmnunluq duyduğunu bildirib: "Bakıya ilk dəfədir gəlirəm. Buranı çox bəyəndim. Rus dilini bildiyim üçün insanlarla ünsiyyət qurmaqda da çətinlik çəkmirəm. Hər kəs məni anlayır. Burada musiqiçilər də çox peşəkardırlar. Mən bunu ilk görüşdən anladım".
İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf edəcəyini vurğulayıb: "Biz nazir Əbülfəs Qarayevlə görüşərək mədəniyyət əlaqələri və perpektivləri haqqında müzakirə etmişik. Gələcəkdə mədəniyyət çərçivəsində əlaqələrimizi daha da genişləndirməyi düşünürük".
Qeyd edək ki, konsert proqramı iyunun 7-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Tədbir Azərbaycan-İsrail arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunub.

Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |