03.05.2012 [13:54] - Siyasət
Bu fikirləri Ermənistanda deputatlığa namizədlərdən biri olan Qurgen Eqizaryan səsləndirib
"İsa peyğəmbər Serj Sarkisyanın etibarlı insanı olsa belə, ona heç nə kömək etməyəcək". Bu fikirləri Erməni Milli Konqresindən deputatlığa namizəd Qurgen Eqizaryan səsləndirib. "Qoy bütün dindarlar, İsa peyğəmbər məni bağışlasın. Ancaq mən düşünürəm ki, bu gün İsa peyğəmbər Serj Sarkisyanın etibarlı siması olsa belə, heç nə ona kömək etməyəcək. Sarkisyan erməni xalqı üçün çox pisliklər edib. O, ölkə əhalisini aclığa məruz qoyub, miqrasiyaya səbəb olub, onun daxili və xarici siyasətinin biri o birindən pisdir. Bu gün onun deməyə heç nəyi yoxdur", - deyə Qurgen Eqizaryan bildirib. Onun sözlərinə görə, Respublikaçılar partiyası seçki rüşvətləri üçün 30 milyon dollar pul ayırıb. Namizəd bu barədə məlumatı mətbuatdan öyrəndiyini deyib. Lakin o bu rəqəmlə razı olmadığını deyib: "Çünki bu məbləğlə hakim partiya heç nə edə bilməz. Əgər Respublikaçılar nəyi isə almaq istəsələr minumum 130 milyon dollar ayırmalıdır".
Müxalifət namizədi həmçinin qeyd edib ki, ötən seçki zamanı hakim partiyaya ilk olaraq ölülər, sonra isə ölkədə yaşamayan 700 min insan səs verib. "Respublikaçıların bu dəfə də seçki üçün belə ehtiyatı var. Bundan onlar mütləq istifadə etməlidirlər. Əks halda yenidən hakim ola bilməzlər", - deyə Qurgen Eqizaryan bildirib. .

Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |