Şrift:
ABŞ-dakı Azərbaycan və Türkiyə icmaları 28 May – Respublika Günü ilə bağlı kampaniyaya başlayıb
03.05.2012 [16:41] - Diaspor
ABŞ-dakı Azərbaycan və Türkiyə icmaları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü ilə bağlı kampaniyaya başlayıb.İcma nümayəndələri amerikalı siyasətçilər və media qurumlarına məktublar göndərərək şərqdə ilk demokratik respublikanın elan edildiyi 28 may tarixinin federal və yerli səviyyələrdə tanınmasını xahiş ediblər.

Məktublarda bildirilir ki, qurulmasından 2 il sonra işğala məruz qalan Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi və demokratik bir dövlət olub, qadınlara seçmə-seçilmə haqqı verib. O vaxtkı ABŞ prezidenti Vudro Vilson 1919-cu ildə Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşündə Azərbaycanın azadlıq və ədalət ideallarını bölüşdüklərini söyləyib.
Bu xəbər oxucular tərəfindən 2200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed