10.06.2017 [11:42] - Gündəm, Mədəniyyət
Gəncə şəhərində tanınmış azərbaycanlı rəssam Tahir Abbasovun fərdi sərgisi keçirilir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki vitse-konsulu Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
H.Yurtsevər sərgini açıq elan edərək Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyinin olduğunu bildirib.
E.Vəliyev deyib ki, bu sərgi şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir. Gəncənin tarixən mədəniyyət beşiyi olduğunu qeyd edən icra başçısı şəhərdə mədəniyyət işçilərinə töhfə olaraq qısa zamanda filarmoniya binasının istifadəyə veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Tahir Abbasov bu sərgisi ilə Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha nümayiş etdirib.
T.Abbasov fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib. O, sərgidə surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi 35-ə yaxın əsərinin nümayiş etdirildiyini söyləyib.
Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar rəsm əsərləri ilə yaxından tanış olublar.
Xatırladaq ki, sərgi iyunun 18-nə kimi davam edəcək.

Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |