04.05.2012 [13:14] - Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində «Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili» adlı layihənin təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə həyata keçiriləcək layihə haqqında danışan BDM-in Aparat rəhbəri Samir Adıgözəlli 3 ay müddətində nəzərdə tutulan işlər haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, may ayının sonunda Türkiyədə layihə çərçivəsində tədbirlər həyata keçiriləcəkdir. Mərasimdə iştirak edən və BDM-in dəvəti ilə ilk dəfə oaraq Azərbaycana səfər edən TRT xəbər dairəsi başqanlığının spikeri Hamza Günerigök ölkəmizdəki səfərindən məmnuniyyət hissi duyduğunu qeyd etdi. O, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında TRT-nin zaman-zaman reportajlar həyata keçirdiyini və bundan sonra da bu fəaliyyəti davam etdirəcəklərini bildirdi. Daha sonra mərasimdə iştirak edən fəlsəfə doktoru Əziz Ələkbərli, Milli QHT Forumunun İdarə heyətinin üzvü İradə Rizazadə, professor Ənvər Əhməd, BDM-in departament rəhbəri Ceyhun Ağayev öz çıxışlarında Azərbaycanın tanıdılması istiqamətində bundan öncə də həyata keçirilmiş layihələrin əhəmiyyətini qeyd edərək, hal-hazırki layihənin də aparılan işin davamı olacağını bildirdilər. Təqdimat mərasiminə yekun vuran BDM sədri İsmayıl Ağayev nəzərdə tutulmuş layihənin təqdim edilməsində TRT xəbər spikeri H. Günerigökün iştirakını xüsusi qeyd etdi. Daha sonra O, TRT vasitəsilə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasının, Çanaqqalada şəhid olmuş azərbaycanlılarla bağlı və eyni zamanda haqq davamız olan Qarabağ haqqında TRT tərəfindən reportajların hazırlanmasının təqdirəlayiq olduğunu bildirdi. Qeyd edək ki, layihənin təqdimatında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının əməkdaşı Etibar Kərimov da iştirak etmişdir.

Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |