Şrift:
Azərbaycan Baş Prokurorluğu antikorrupsiya əməliyyatı keçirib, xəstəxanalardan birinin baş həkimi və daha bir neçə nəfər saxlanılıb
04.05.2012 [14:07] - Xəbərlər
Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub.
Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.

14 saylı Buzovna Xəstəxanasından faktı təsdiqlənib və bu barədə ətraflı açıqlama verilməyib.

26 saylı Mərdəkan Xəstəxanasında hazırda prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed